Modern.az

Dünya dəhşətli təhlükə ilə ÜZ-ÜZƏ – ABŞ-ın 2 proqramı dayandırması problem YARADIB

Dünya dəhşətli təhlükə ilə ÜZ-ÜZƏ – ABŞ-ın 2 proqramı dayandırması problem YARADIB

10 Fevral 2018, 14:20

Pentaqon xəbərdarlıq edir ki, ən yaxın zamanlarda Rusiya ilə Çin kosmosda Amerika peyklərinə ciddi maneə yarada və onları məhv edə bilər.

 

Eyni zamanda ekspertlər belə bir təhlükənin həqiqətən olub-olmamasını da mübahisə edirlər. Bəziləri hesab edir ki, Amerika üçün belə bir təhlükə yoxdur, sadəcə Vaşinqton özünün antipeyk silahlarının inkişaf proqramının yenilənməsini istəyir və bunun üçün bəhanə olaraq Rusiya, Çin amilini önə çəkir. Çünki, Amerika soyuq müharibə bitdikdən sonra bu proqramı dayandırıb.

 

Bəllidir ki, Rusiya və Çin çoxdan antipeyk silahlarının hazırlanmasına başlayıb. Amerika analitikləri isə qeyd edirlər ki, son zamanlar bu iki dövlət öz silahlı qüvvələrində belə sistemlərin tətbiqini intensivləşdirib.

 

Hərbi nəşrlərin yazdığına görə, əvvəlki illərdə Moskva peyklərin məhv edilməsi üçün silahlanmaya 5 milyard dollardan çox pul xərcləyib.

Pentaqonun məruzəsində deyilib ki, 2020-ci ildə Rusiya və Çin antipeyk silahlarını operativ hazırlıq səviyyəsinə qaldıra biləcəklər.

 

Qərbin hərbi sahə üzrə ixtisaslaşan nəşrləri yazıb ki, Moskva və Pekin iki istiqamətdə fəaliyyət aparır.

 

Birinci hədəf bundan ibarətdir ki, antipeyk silahlandırılması ucuz başa gəlsin. İkincisi isə budur ki, Rusiya və Çin beynəlxalq müqavilələrin yaranmasını istəyir. O beynəlxalq müqavilələr ki, kosmosda Amerikanın antipeyk silahlarından effektiv qorunmağa yardım etsin.

 

Ekspert çevrələri xəbərdarlıq edir ki,  hazırda aşağı yerətrafı orbitdə olan peyk sistemləri hücuma məruz qala bilərlər (Yerdən 180-2 min kilometrdə  hündürlükdə olanlar).

 

Lakin müəyyən qisim ekspert hesab edir ki, Rusiya və Çin daha yüksəkdə olan kosmik obyektləri də sıradan çıxara bilər.

 

Amerikada güman edirlər ki, müxtəlif növ antipeyk raketləri yerüstü mövqelərdən buraxılır və onlar lazer sistemləri ilə təchiz olunublar.

 

Rusiyanın A-60 təyyarələrində yüksək lazer sistemi, maneələrin yaradılması üçün güclü ötürücü aparatlar, elektromaqnit silahlar, manevr edən qurğular quraşdırılıb.

 

Hərbi-analitik çevrələrin iddiasına görə, Çin Rusiyadan fərqli olaraq texnologiya baryerlərinin öhdəsindən layiqincə gəlmir.

 

Rusiyanın əsas kozırları sırasında isə S-400 və S-500 zenit raket kompleksləri dayanır. Ballistik raketlərin zərərsizləşdirilməsini nəzərdə tutan bu  hava hücumundan müdafiə sistemləri praktiki olaraq aşağı yerətrafı orbitdə peyklərin sıradan çıxarılması üçün ən yaxşı vasitədir.

 

Bəs Amerika nə edəcək?

 

Qərb nəşrləri yazır ki, ABŞ Rusiya və Çinin yaratdığı kosmik təhlükəyə qarşı effektiv üsul tapa bilməkdə çətinlik çəkir. Məsələn, onlar bilmir ki, itirilmiş peykləri sürətli şəkildə hansı ilə əvəz etmək olar.

Yəqin buna görədir ki, Amerika hərbi mütəxəssisləri Vaşinqtonun rəqiblərinə davam gətirməsi üçün Amerikanın antipeyk silahlarını inkişaf etdirməyi təklif edirlər.

 

Əgər kosmosda müharibə başlayarsa, Yer əhalisi bu təhlükədən çətin qoruna biləcək. Həmçinin beynəlxalq kosmik stansiyaya ekipajın göndərilməsi ən təhlükəli missiyaya çevriləcək.

 

ABŞ ilk növbədə soyuq müharibə dövrünün iki proqramının yenilənməsini istəyir. Birincisi “Proqram 437” strategiyasıdır, hansı ki, burada “Tor” ballistik raketindən istifadə olunurdu. Bu sistem elektromaqnit impulsun köməyi ilə peykləri tapmaq və onları zərərsizləşdirmək qabiliyyətinə malikdir.

 

İkinci proqram isə “ASM 135 ASAT” raketləridir ki, bu peyklərin birbaşa məhvini nəzərdə tuturdu.

Hərbi mütəxəssislər qeyd edirlər ki, bu proqramların dayandırılması yanlış addım idi. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir