Modern.az

Azərbaycanın xanım idmançısına dopinqə görə sanksiya tətbiq edildi

Azərbaycanın xanım idmançısına dopinqə görə sanksiya tətbiq edildi

10 Fevral 2018, 14:44

Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib. Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Modern.az saytına verilən məlumata görə, bu, həndbolçu Səbinə Nuriyevadır.

 

Azərbaycan millisinin və "Azəryol" klubunun qapıçısı 48 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

 

Cəza 2017-ci il oktyabrın 23-dən qüvvəyə minib. 33 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub.

 

Onun orqanizmində boldenon və boldenon metaboliti aşkarlanıb.

 

Qeyd edək ki, Səbinə Nuriyeva "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. 

 

Ötən gün də 4 idmançımıza dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.  Bildirilir ki, güləşçi Ruhin Mikayılov 18 aylıq, bodibildinqçilər Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov isə 48 aylıq diskvalifikasiyaya məruz qalıblar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?