Modern.az

Avtobus qəzasında 27 nəfər öldü

Avtobus qəzasında 27 nəfər öldü

10 Fevral 2018, 21:37

İndoneziyada avtobus qəzası faciə ilə sonuclanıb. Modern.az “RİA Novosti”yə istinadən  xəbər verir ki, qəza ölkənin Qərbi Yava əyalətində baş verib.  Hadisə nəticəsində  27 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Ölənlərin sayının artacağı istisna olunmur. 

Qəzanın səbəbləri və təfərrüatları açıqlanmır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir