Modern.az

Deputatların BAZAR GÜNÜ - “Mütaliəyə az vaxt qalır”

Deputatların BAZAR GÜNÜ - “Mütaliəyə az vaxt qalır”

11 Fevral 2018, 17:14

Həftənin istirahət vaxtı bazar gününə təsadüf etdiyindən insanlar zamanını ailəyə, yaxınlarına sərf edir. Çünki bazar günü bir çox qurumlar işləmir. Bütün təhsil ocaqları bağlı olur. Deməli, bazar gününü hər kəs bir cür keçirir. Kimi evdə oturmağa, kimi də açıq səmada olmağa üstünlük verir.

Bəs Milli Məclisin deputatları bazar gününü necə keçirir?


Modern.az saytı “Deputatların bazar günü” rubrikasına davam edir.

74 saylı Lənkəran kənd seçki dairəsinin deputatı Hadı Rəcəbli deyir ki, hazırda bazar gününü seçicilərin əhatəsində keçirir.

“Bazar günləri adətən ailəmlə, nəvələrimlə birgə oluram. Amma bu bazar seçicilərimin yanına gəlməyi seçdim. Hazırda Lənkəranda onların yanındayam. 20-dən artıq seçicini qəbul edirəm. Lənkərana həyat yoldaşımla birgə gəlmişəm. Yaxşı bazar günü istirahətidir. İdmana gəlincə, təkcə bazar günləri deyil, hər gün 15-20 dəqiqə idman edirəm. Bazar günləri mütaliəyə az vaxtım qalır. Daha çox nəvələrimlə bərabər oluram. 9 nəvəm var. Böyük nəvələrin böyük qayğıları, kiçik nəvələrin kiçik qayğıları olur. Bir baba olaraq hər birini dinləyirəm”

107 saylı Qazax seçki dairəsindən seçilən deputat Kamran Nəbizadə bazar günlərini ailəsinə həsr etdiyini deyir.

“Həftənin digər günlərindən fərqli olaraq, bazar günləri istirahət xarakterli olur. Çalışıram ki, ailəmə, uşaqlara vaxt ayırım. Düşünürəm ki, bazar günləri ən yaxşısı evdə ailənin yanında dincəlməkdir. Amma son vaxtlar idmana yetərincə vaxt ayıra bilmirəm”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI