Modern.az

Moskvada fövqəladə vəziyyət rejimi tətbiq edildi

Moskvada fövqəladə vəziyyət rejimi tətbiq edildi

11 Fevral 2018, 22:06

"An-148" tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Rusiyanın Moskva vilayəti ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.  Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bu arada yayılan məlumata görə, qəzaya uğrayan təyyarənin pilotu dispetçerlərə nasazlığın  yarandığını bildirib. Təyyarə Jukovski aerodromunda qəza enişi etməyi planlaşdırırmış.

Qeyd edək ki, Moskva-Orsk marşrutu ilə uçan “An-148” tipli sərnişin təyyarəsi Moskva vilayəti ərazisində qəzaya uğrayıb. Nəticədə 65 sərnişin və 6 heyət üzvü ölüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı