Arxiv
12 Fervral 2018, 09:04 | MEDİA
Bizimkilər - “Kriminal Elnarə” kimi tanınan telejurnalist: “Pis adamları tutmaq uşaqlıq arzum olub” - FOTOLAR  

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...

“Bizimkilər”in növbəti qonağı əməkdar jurnalist  Elnarə Dərziyevadır.

Elnarə Dərziyeva 1980-ci il aprel ayının 12-də Tovuz rayonunda dünyaya gəlib. 1986-cı ildə A.S.Puşkin adına orta məktəbə gedib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. 1998-ci ildən jurnalistika fəaliyyətinə başlayıb. 20 ildir ki, bu sahədə çalışır. Ailəlidir, bir övladı var.


“Bir zamanlar mən, indi siz…”

“Bizimkilər” rubrikası telejurnalist Elnarə Dərziyevada nostalji hisslər yaşatdı:

“1998-ci ildə hələ 18 yaşım tamam olmamışdı. İndiki kimi yadımdadı. Qiyabi təhsil alıdığımıza görə, Jurnalistika fakültəsinin müəllimləri məsləhət gördülər ki, bir də rayona qayıtmayaq. Bakıda qalıb, işləyək, təcrübə toplayaq. Çünki o illər rayonlarda kütləvi informasiya sahəsində inkişafdan, kompüter, internet kimi texnologiyalardan söhbət gedə bilməzdi. Biz də elə etdik.
Müəllimlərimizin məsləhət və tövsiyəsi ilə müxtəlif mətbuat orqanlarında əməkdaşlığa start verdik. Mən də 1998-ci ilin mart ayının 5-dən etibarən, “Bu gün” qəzetində jurnalist kimi fəaliyyətə başladım. Və mənə “Mass media” adında dünya və yerli mətbuatda baş verən yenilikləri yazmaq üçün bir səhifə ayrıldı. Bu səhifədə “Bizimkilər” rubrikası da mənə həvalə olundu. Eynən sizin bu rubrika kimi mən də jurnalistlərin peşə fəaliyyəti, hobbiləri, sevdikləri və arzuladıqları ilə maraqlanıb, həmin rubrikada yazırdım. 18 yaşı hələ tamam olmayan, püxtələşməmiş biri üçün bu rubrikda qələmini sınamaq o qədər də çətin olmadı. Sizin, mənim haqqımda “Bizimkilər” rubrikasında yazmaq istədiyinizi eşidəndə nostalji hisslər yaşadım. Demək, həyat təkrarlanır.  Bir zamanlar mən, indi siz…”.



Kriminal hadisələrə olan marağım tükənməzdi…”

Elnarə Dərziyeva 4 il müxtəlif qəzetlərdə çalışıb: “Bunlar “Bu gün”, “Elçi”, “Yeni Avrasiya”, “Faktor” qəzetləri idi. Amma mənim ixtisasım Radio və televiziya jurnalistikası olduğu üçün özümü televiziyada görmək istəyirdim. Belə də etdim. 2001-c il idi. Onda “Lider” televiziyası 1 il idi ki, fəaliyyətə başlamışdı. Vakansiya elan edilmişdi. Sınağa götürüldüm. Və işə qəbul olundum. İlk olaraq sosial araşdırmalarla bağlı “Üçbucaq” verilişində müxbir kimi çalışdım. Daha sonra 2002-ci ilin yanvarından teleməkanda ilk olan “Kriminform” verilişini yaratdıq. Ölkədə baş verən kriminal hadisələri gündəlik, opertaiv şəkildə tamaşaçılara çatdırırdıq. Sizə bir sirr açım: cinayətkar axtarışında olmaq, pis adamları tutmaq, mənim uşaqlıq arzularımdan olub. Məndən böyüyəndə kim olacağımı soruşanda həmişə “prokuror” deyə cavab verərdim. Hələ orta məktəb illərində Cəmşid Əmirovun “Qara Volqa”, “Brilyant məsələsi”, “İki sahil”, “Şəhər yatarkən”, Aqata Kristinin, Çingiz Abdullayev və digər dedektiv janrda yazan yazıçıların əsərlərini dönə-dönə oxuyardım. Amma iş elə gətirdi ki, mən Hüquq fakültəsinə deyil, jurnalistikaya qəbul olundum. Və televiziyaya keçəndə kriminal sahəyə olan marağımı, həvəsimi jurnalist fəaliyyətimdə tətbiq etməyə başladım. Bunun üçün “Kriminform” verilişi bir başlanğıc oldu. Daha sonra “Lider” televiziyasının “Səda” Xəbərlər Departamentində səs-küylü məhkəmə prosesləri, sosial araşdırmalarla bağlı reportajlar hazırlamağa başladım. Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyinin üstünü açdığı cinayətlərlə bağlı sənədli filmlərim də o zamana təsadüf edir. Hətta həmkarlar arasında, mənə zarafatla “Kriminal Elnarə”, “Məhkəmələr kraliçası” da deyirdilər. Yəni bütün bunlar 10-15 il əvvəl olub. 2011-ci ildən isə “Lider Xəbər” departamentində “Barkod”, “Bizim Səda”, “Kriminform” verilişlərinin həm prodüseri, həm də redaktoru kimi çalışmağa başladım. Və hazırda bu vəzifəmi davam etdirirəm”.


“Mən reportyorluğu heç vaxt aparıcılığa dəyişmədim”

Əməkdar jurnalist deyi ki, bu peşəyə sevərək gəlməsə də, jurnalistikanın vurğunu olub: “Bu il martın 5-də mənim jurnalistikada fəaliyyətimin 20 ili tamam olur. Ötən illər ərzində jurnalistikada qalıb davam etməyim bu peşəyə olan marağımın sübutudu. İndiyədək işlə bağlı müxtəlif sahələrdən çox təkliflər olub. Amma mən sevdiyim işdən ayrıla bilməmişəm. Bu il artıq 17 ildir ki, “Lider” TV-dəyəm. Bu gün bildiklərimi bir prodüser kimi gənc kadrlara öyrətməkdən çox məmnunam. Və bundan qürur duyuram!

Bu gün jurnalistikada çalışanların əksəriyyəti təsadüfü adamlardır. Bu mövzu mənim yaralı yerimdi. İndiki gənclərdə jurnalistikaya maraq demək olar ki, yoxdu. Bu qədər inkişafın qarşısında belə həvəssizlik nədən irəli gəlir? Baxın, mən bu suala cavab tapa bilmirəm. Bildiyim isə yalnız ondan ibarətdir ki, televiziyaya gələn hər kəsin yalnız bir iddiası olur - aparıcı olub, efirə çıxmaq… Bəli. Bu gün, jurnalistikadakı bu təsadüfi adamların əksəriyyət, aparıcılığı teatr səhnəsi, podium gözündə görənlərdi. Axı belə olmamalıdı. Mən də jurnalist olmuşam. Amma heç vaxt reportyorluğu aparıcılığa dəyişməmişəm. Əksinə, üstün tutmuşam. Aparıcının əsas işi jurnalistin hadisə yerindən hazırladığı süjetləri, reportajları düzgün və səlis şəkildə tamaşaçı auditoriyasına çatdırmaqdan ibarətdi, özünü göstərmək deyil. Qeyd etdiyim kimi, indi aparıcı olmaq istəyənlərin əksəriyyətinin yeganə məqsədi, tanınmaq, ulduz olmaqdan ibarətdi. Daha başa düşmürlər ki, ulduzlar göydə olur, yerdə yox”.


““Reket jurnalistlər” gerçək qələm əhlini də hörmətdən salırlar”

Elnarə Dərziyeva düşünür ki, bu gün televiziyalarla yanaşı, əksər saytlarda da vəziyyət eynidi:  

“Jurnalistikadan bixəbər insanlar etik normaları, çərçivələri aşaraq əxlaqsızlıq, dezinformasiya yaymaqla gündəm yaratmağa çalışırlar. Bu gün bir sıra saytları jurnalistika deyil, şou, qalmaqal maraqlandırır. Sifarişli yazılar baş alıb gedir. Hansısa müğəninin, şou əhlinin alt geyiminin rəngi axı kiminçün və nə üçün maraqlı olmalıdı?! Bu qədər sosial problemləri, həll edilməsi vacib olan məsələləri ictimailəşdirib, kiməsə dəstək, kömək olmaq varkən, şəxsi, məişət zəminində baş verən hadisələri nə üçün dərc edib, gündəmə çevirməliyik? Hələ “reket jurnalistikası”ndan danışmıram. Bir vaxt qəzetlərdə bu hal dəbdə idisə, indi bu,  bəzi saytlara transfer edilib. Hədə-qorxular, təhdidlərlə maddi maraqlarını güdənlərin sayı durmadan artır. Vəziyyət, doğrudan da, bərbaddı. Məncə, bu kimi məsələlərlə bağlı Mətbuat Şurası nəzarəti daha da gücləndirməlidi. Bu cür qəzet və saytların fəaliyyətinə elə yerindəcə xitam verilməlidi.  “Reket jurnalistlər” gerçək qələm əhlini də hörmətdən salırlar. Özünü jurnalist sayan, qələminə hörmət edən həmkarlarımızdan isə bir xahişim var. Yazdığınız yazılara, hazırladığınız süjetlərə diqqət edin, hörmətlə yanaşın . Elə yazın, elə araşdırın ki, sonra təkzib vermək məcburiyyətində qalmayasınız. Çünki ən sonda gedən başqasının deyil, sizin öz imzanızdı”.


“Jurnalistika ilə bağlı arzularım…”   

Həmkarımız jurnalistikanı sağlam, keyfiyyətli, etik, qərəzsiz, vicdanlı görmək istəyir:

“Bu gün dövlət jurnalistlər üçün istənilən şəraiti yaradıb, bundan yararlanmaq lazımdı. Normal, imzasına hörmət edən, intellektual, səviyyəli jurnalistlərin çoxluq təşkil etməsi qürurvericidi. Təbii ki, kimisə zorla jurnalist etmək də olmaz. Bu sahə sevgi, maraq, həvəs, operativlik və vicdan tələb edir. Əgər bunlardan biri səndə yoxdusa, bu sahəyə gəlmə, ey insan, get, başqa sahəyə. Bəlkə orada daha çox xeyir verə bilərsən. Bu sahəyə gəlmə ki, sənin kimilərdən pis örnək götürənlər də olmasın…

Əgər bugün jurnalistə, onun peşə fəaliyyətinə, iş təcrübəsinə dövlət tərəfindən dəstək göstərilib, dəyər verilirsə, illər uzunu çəkdiyi əziyyəti, əməyi qiymətləndirilisə, demək ki, o jurnalist bu həyatda arzularına çatıb. O, xoşbəxtdir. İllərlə “Lider” televiziyasının rəhbərliyi, müxtəlif orqanlar, nazirlik və komitələr tərəfindən dəfələrlə mükafatlandırılmışam. 20 illiyim ərəfəsində isə uğurlarım daha çox oldu. 2016-ci ilə televiziya və radionun yaradılmasının yubileyi ərəfəsində möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görüldüm. 2017-ci ildə Kütləvi İnformasiya Vasitələrində çalışan jurnalistlərin yaşam şəraitinin yaxşılaşdırılması məqsədi ilə cənab prezidentin növbəti sərəncamına əsasən, mənə də mənzil hədiyyə olundu. Bu il isə “Zirvə Ziyalılar Təşkilatı” tərəfindən Azerbaijan Best Awards -2017, yəni ötən ilin “Ən yaxşı televiziya jurnalisti” nominasiyasının qalibi oldum. Təbii ki, bu diqqət, qayğı mükafatlandırılan hər bir jurnalistin əməyinin heç də hədər getməməsinin ən bariz nümunəsidi. Bir jurnalist kimi mən artıq ən böyük arzularıma çatmışam. Və yetişən yeni gəncliyin də bizim yolumuzu şərəflə, özünə və imzalarına hörmətlə davam etdirməsini arzulayıram. Uğurlar sizə!”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Elməddin Behbud: “Azərbaycan Türk Şurası ölkələri ilə münasibətlərin inkişafı istiqamətində fəaliyyət göstərir” 21 Aprel 2019, 20:08 Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada 21 Aprel 2019, 18:29 Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək   21 Aprel 2019, 13:30 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22 Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı   21 Aprel 2019, 12:29 Gömrükdən malların və avtomobillərin keçirilməsi qaydasında DƏYİŞİKLİK 21 Aprel 2019, 12:01 Kürdəmirdə YANĞIN:  5 nəfər yaralandı 21 Aprel 2019, 11:58 Şri-Lankada 6 partlayış: 160 ölü, 500-dən çox yaralı - FOTOLAR- YENİLƏNİB 21 Aprel 2019, 11:28 Kürdə suyun səviyyəsi artdı 21 Aprel 2019, 11:19 Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir 21 Aprel 2019, 10:49 Ukraynada prezident seçkilərinin II turu keçirilir 21 Aprel 2019, 10:26 Doğum və ölüm günü bir yerdə qeyd olunan aktrisa - Məşhur cütlüyün ailə FACİƏSİ - FOTOLAR 21 Aprel 2019, 09:49 Ermənilər cəbhədə təxribatlara davam edir 21 Aprel 2019, 09:44 Rektor gənclərə daha 10 tövsiyə verdi: “Hər işi öz zamanında görün” 21 Aprel 2019, 09:26 Tanrı pıçıltısını sözə çevirə bilən xanım 21 Aprel 2019, 09:11 Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə  suçlanan icra başçısının müavini: "Videonu mən çəkmişəm" - AÇIQLAMA  21 Aprel 2019, 00:08