Modern.az

İctimai Televiziyanın keçmiş aparıcısı vəfat edib  

İctimai Televiziyanın keçmiş aparıcısı vəfat edib   

Allah rəhmət eləsi̇n

12 Fevral 2018, 12:05

Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri, uzun müddət İctimai Televiziyada uşaq verilişlərinin aparıcısı olmuş Kamran İsrafilov dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, barədə Kamran İsrafilovun yaxınları məlumat verib.

 

Mərdəkan Mədəniyyət Sarayından Modern.az-a verilən məlumata görə, K.İsrafilov bazar günü işdə olub:

 

“Tədbiri vardı, işləyirdi. Xüsusi bir narahatlığı, şikayəti də yox idi. Səhər zəng edib vəfat etdiyini dedilər. Əməkdaşlarımız onun mənzilinə çatanda təcili yardım çağırılmışdı. Görünür ürək tutması olub, dəqiq bilmirik. Allah rəhmət eləsin”.

 

Kamran İsrafilov İTV-də uşaq və digər verilişlərdə aparıcı olub. O, “Əbədi ezamiyyət” sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb. Kamran İsrafilov həmçinin yeni yaradılan Uşaq Teatr-Studiyasının rejissoru olub. 2016-cı ildən Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri təyin edilmişdi.


Allah rəhmət eləsin...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu