Modern.az

Ən təhlükəli aviaşirkətlər - Bu təyyarələrlə UÇMAYIN

Ən təhlükəli aviaşirkətlər - Bu təyyarələrlə UÇMAYIN

12 Fevral 2018, 12:59

Ötən gün Rusiyada “Saratov” Hava Yollarına məxsus AN-148 təyyarəsinin qəzaya uğraması nəticəsində 6 heyət üzvü və 65 sərnişin həyatını itirib. Bu faciə bir daha mülki aviasiyada mövcud olan təhlükələrdən xəbər verir.

Modern.az saytı dünyanın müxtəlif agentliklərinin tərtib etdiyi ən təhlükəli və təhlükəsiz aviasiya şirkətlərinin reytinqini təqdim edir.

 

1. ”Garuda”

İndoneziyanın milli aviadaşıyıcısı olan "Garuda" 2007-ci ildən Avropada uçuşları qadağan olunmuş şirkətdir. 2015-ci ildə yenidən uçuş hüququ qazanan aviaşirkət tarixi ərzində 4 aviasiya qəzası keçirib və bu zaman 431 nəfər həyatını daşıyıb.

Xüsusən 1997-ci ildə “Garuda”ya məxsus avialayner dağ massivinə çırpılmış və bu insident zamanı 234 nəfər həlak olmuşdu.

 

2. ”The Airways”

Taylandın bu aviasiya şirkəti 50 ildən artıqdır ki, xidmət göstərir. Bu müddət ərzində aviadaşıyıcı “Ən yaxşı aviaşirkət” kimi bir çox mükafatlar qazanıb. Lakin 80-90-cı illərdə şirkətin təyyarə qəzaları bir-birini əvəzləyib. Xüsusən də 1992-ci ildə Banqkok aeroportunda “Boing”in qəzaya uğraması zamanı 113 nəfər ölmüşdü.

 

3. “Avianca”

Bu aviaşirkət Qərb yarımkürəsində ən uzun uçuş tarixinə malikdir. Kolumbiyaya məxsus aviaşirkət 80-ci illərdə narkokartellərin terror hücumlarından əziyyət çəkib və tez-tez terrorçular tərəfindən qaçırılıb. 1983-cü ildə Madriddə baş verən təyyarə qəzası da bu faciələrin sırasına daxil olub. Ümumilikdə, “Avianca” şirkəti 1,47 milyon sərnişin daşıyıb. Bu zaman qeydə alınan 4 təyyarə qəzasında 500-dən çox insan həyatını itirib.

 

 4. ”Fillipines Airways”

Bu şirkət 1941-ci ildə yaradılıb. Asiyada ən köhnə aviaşirkət sayılır. Təəssüf ki, Fillipində baş qaldıran terror dalğası bu aviaşirkətin fəaliyyətinə maneələr yaradıb. Təyyarə qaçırılmaları, göyərtədə partlayışlar və s. “Fillipin Hava Yolları”nın reytinqinin azalması ilə nəticələnib.

 

5. “Malasian Airways”

Son illərə qədər “Malaziya Hava Yolları” dünyanın ən sabit və etibarlı aviaşirkətlərindən sayılırdı. Lakin 2014-cü il martın 8-də Kuala-Lumpurdan Çin paytaxtı Pekinə uçan "Boeing 777" təyyarəsinin Hind okeanı üzərində yoxa çıxmasından sonra geniş araşdırmalar başlanmışdı. Hadisə 239 sərnişinin itkin düşməsi və laynerin qalıqlarının 4 ildən çoxdur ki, tapılmaması ilə nəticələnib.

Bunun ardınca, 2014-cü il iyulun 17-də Donetsk vilayətində "Boeing 777" təyyarəsinin naməlum raketlə vurulması nəticəsində 298 nəfər, o cümlədən 283 sərnişin və 15 heyət üzvü həlak olmuşdu. Ard-arda 2 təyyarə qəzası və 550-yə yaxın insanın ölümü “Malasian Airwyas”i dünyanın ən təhlükəli aviaşirkətinə çevirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi