Modern.az

Nəsimi və Əzizbəyov rayonuna qaz verilməsinə məhdudiyyət qoyulacaq

Nəsimi və Əzizbəyov rayonuna qaz verilməsinə məhdudiyyət qoyulacaq

25 Noyabr 2009, 09:49

Bu gün saat.10.00-dan 17.00-dək Bakının Nəsimi və Əzizbəyov rayonlarının bəzi yaşayış sahələrinə qaz verilməsinə məhdudiyyət qoyulacaq.
Modern.az ARDNŞ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi rayonu, 4-cü mikrorayon H. Seyidzadə küçəsi 16B saylı yaşayış binasının qarşısından, Məmmədov küçəsi ilə Mustafayev küçəsindəki 43 saylı yaşayış binasına qədər - uzunluğu 1200 p/m olan, diametri 525 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin tikintisinin başa çatdırılması ilə əlaqədar, yeni çəkilmiş qaz kəmərinin mövcud qaz kəmərinə və üzərində quraşdırılmış 6 ədəd qaz tənzimləyici avadanlığın şəbəkəyə qoşulması məqsədi ilə saat 10:00-dan saat 17:00-dək Alatava QPS-dən qidalanan mikrorayon 500 mm-lik orta təzyiqli (“İmperial” şadlıq evinin yaxınlığında ) kəmərdə qazın nəqli dayandırılacaq. İş görülən zaman 1, 2, 3, 4 və 5-ci mikrorayonların ərazisində və 3-cü Alatava yaşayış sahəsində qaz təchizatında məhdudiyyətlər olacaq. İşlər başa çatdıqdan sonra qazın verilməsi bərpa olunacaq.
Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində yerləşən 123 saylı məktəbin qazanxanasının qazlaşdırılması ilə əlaqədar saat 10:00-dan 14:00-a kimi Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsinə qaz verilməyəcək. İşlər başa çatdıqdan sonra qazın verilməsi bərpa olunacaq.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir