Modern.az

Ermənistanda cinayətkarlıq artıb

Ermənistanda cinayətkarlıq artıb

Dünya

12 Fevral 2018, 22:26

2017-ci ildə Ermənistanda cinayətkarlığın səviyyəsi 2016-cı illə müqayisədə 8,1 faiz (yaxud 1520 cinayət hadisəsi) artıb. Modern.az  "Report"a istinadən xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.

Qeyd edilir ki, 2016-cı ildə bu rəqəm 18764 olub. 2017-ci ildə isə cinayət hadisələrinin sayı 20284 təşkil edib.

Polisin hesabatına əsasən, əsasən orta ağırlıqlı cinayətlərin sayı artıb. Eyni zamanda xüsusi ağır cinayətlər 17,2% (2016-cı illə müqayisədə 198-in 2017-ci ildə 164-ə) sayı azalıb və ağır cinayətlərdə bu göstərici 11,4% (3081-in 2729-ə) təşkil edib.

Ölkədə qanunsuz silah dövriyyəsi də artıb. 2016-cı ildə cinayət hallarına dair bu rəqəm 729 fakt olubsa, 2017-ci ildə bununla bağlı 858 cinayət faktı qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu