Modern.az

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” haqqında düşüncələrim

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” haqqında düşüncələrim

Aktual

13 Fevral 2018, 11:11

Maarifə Hacıyeva,
UNEC-in professoru,filologiya elmləri doktoru

“Azərbaycan dilinin işlək orfoqrafiya şözlüyü” adlı kitabın işıq üzü görməsini müsbət hal kimi qiymətləndirirəm. Bu kitabda təkcə ümumişlək sözlərin deyil, ümumiyyətlə, bir cox işlək sözlərində orfoqrafiya lüğətinə daxil edilməsi təqdir olunmalıdır. Yazıda az işlənən, lakin xalq dilində mövcud olan bir cox sözlər bu qəbildən olan sözlərdir.


Dilimiz haqqındaölkə prezidenti, möhtərəmİlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakıçıxışında demişdir: “ƏsrlərboyuAzərbaycanxalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və diğər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır.Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruyub, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallardabumüdaxilələrAzərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədərzəngindirki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq.  Bu gün də qorumalıyıq”.


Məlumdur ki, dilimizdə başqa dillərin təsiri ilə işlənən bir cox sözlər,elmi terminlər, habeləelmvətexnikanın təsiri ilə dildə özünə yer tapır.Yeninəşrolunmuşsözlükdə dəelə sözlərə rast gəlinir ki, bu sözlər dilə zorla gətirilən söztəsiri bağışlayır.Məsələn sözlüyün 41-ci səhifəsində“ballast”, “ballaster”, 165- ci səhifədə  “kamanə”(Bu söz sözlükdə yay kimi işlənmişdir. Halbuki yay sözünü ifadə edən kaman sözüdə vardır). “Kamanə” isə anlaşılmır.213-cüsəhifədə “lampion”lampa” sözünü ifadə etmək üçün işlənmişdir. Onun da qənaətedici olmadığını düşünürəm. 75-ci səhifədə “dalay-lama” sözünündə mənası anlaşılmır.317-ci səhifədə“şüyüm-pinti”sözünün də “pinti”sözü kimi diləgətirilməsi arzuolunmazdır.Çünki dilimizdə“pinti”sözü işləkdir, “şüyüm”üisə bunun müqabilində işlətməkvə ya yazmaq məqsədyönlüdeyildir, çünki dili lüzumsuz dialekt söz kimiağırlaşdırır.

Dilimizin lüğət fondunakeçmiş “ssenari”sözü sözlükdə yer almışdır.Bu sözü biz ifadə edərkən bir “s” ilə söyləyirik.Odur ki, bu sözün və eləcə 303-cüsəhifədəverilmiş“ssenariçi”,“ssenarist”sözlərinin iki“s” ilə yazılmasıarzuolunmazdır.Sözlüyün 41-cisəhifəsindəki “balışağı”,balışüzü” sözlərinin ikisidə eyni mənanı verir.Lakin “balışüzü”sözü dildə daha işlək kəlmədir. Məncə “balışüzü” sözünü işlətmək daha uyğundur.

Dilimizdə “kainat” sözü işlək söz olaraq mövcudolduğu halda“kainat” sözünü ifadə edən “açun” sözü 221-ci səhifədəsözlüyə gətirilmişdir. Eləcə də,25-ci səhifədə “ajur”,26-ci səhifədə “akklimatizə”, 26-ci səhifədə “akva” kimi bir cox sözlərin lüğətə gətirilməsi dilimizi qəlizləşdirir. Diqqət edilsə, sözlükdə belə sözlər həddən artıqdır.Darixtisasları ifadə edən və tərcümə yolu ilə ifadə olunan çoxlu mətnlər var ki, bu mətnlərdə rast gəlinən hər bir sözün “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” nə daxil edilməsiarzuolunmazdır. Bu sözləri daşıdığı məna ilə ifadə edən terminlər lüğətləri vardır. Orfoqrafiyasözlüyünə isə dildə olan işlək sözlərinsalınması və həmin sözlərin imla qaydaları öz əksini tapmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü