Modern.az

“Bələdiyyələr yerli İcra hakimiyyəti ilə cinayət sövdələşməsinə gedir”  

“Bələdiyyələr yerli İcra hakimiyyəti ilə cinayət sövdələşməsinə gedir”    

13 Fevral 2018, 13:04


“Hər il müvafiq dövlət qurumu bələdiyyələrlə bağlı keçirilən tədbirlər barədə hesabat verir, lakin onların ölkə həyatındakı rolunun artırılması istiqamətində hökümətdən qanun layihələri parlamnetə daxil olmur”.

Modern.az-ın məlumatına görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisdə“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklərin müzakirəsində çıxışı zamanı deyib.

Deputat bildirib ki, ölkə prezidenti kiçik və orta sahibkarlığın inkişafına dəstək verir, lakin bələdiyyələr onların fəaliyyətinə mane olur.

“Bəzən sahibkar Bakı ətrafında mazutlu torpaq sahəsini icarəyə götürmək istəyir. Bütün sənədlər hazır olanda bələdiyyə sədri torpağın sonuncu auksion qiymətinə satılacağını deyir. Bələdiyyələr yerli İcra hakimiyyətiləri ilə birlikdə cinayət sövdələşməsinə gedib sahibkarların marağına toxunurlar. Bələdiyyə sədrləri ərazidəki sahibkarlardan abadlıq üçün tikinti materialı götürür, lakin sonra o materialların pulu verilmir”.

Deputat hesab edir ki, Ədliyyə Nazirliyi bu qanunsuzluqarın qarşısının alınmasında xüsusi rol oynamalıdır.

“Çox zaman icra hakimiyyətləri bu qanunsuzluqları bələdiyyələrin əli ilə gördürür. Mənə bir diş həkimi müraciət etmişdi, onun obyektini qanunsuz halda icra hakimiyyəti tərəfindən sökülmüşdü. Bələdiyyə isə bu məsələdə vətəndaşın tərəfində olmur”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi