Modern.az

Fuad Muradov gürcü həmkarı ilə memorandum imzaladı

Fuad Muradov gürcü həmkarı ilə memorandum imzaladı

Aktual

13 Fevral 2018, 13:37

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Tbilisidə Gürcüstan parlamentinin Gənclər və idman komitəsinin sədri Mixeil Kavelaşvili ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.

Bu haqda Modern.az-a Fuad Muradov məlumat verib.

 

Deputat komitələr arasında əməkdaşlıq memorandumunun imzalanmasını əhəmiyyətli adlandırıb, “Bu sənədin imzalanması ilə komitələr arasında əməkdaşlıq daha sıx olacaq”. 
 

M.Kavelaşvili öz növbəsində Gürcüstanın Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini bildirib: “Memorandum parlament komitələri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı