Modern.az

Putinin analoqsuz müharibəsi - Suriya “qan gölü”nə çevriləcək

Putinin analoqsuz müharibəsi - Suriya “qan gölü”nə çevriləcək

Dünya

13 Fevral 2018, 13:40

Rusiya prezidenti Vladimir Putin Suriyaya 140 təyyarə göndərərək, analoqu olmayan hava əməliyyatlarına başlayıb. Rusiya təyyarələri ayda 2 mindən artıq reyd edərək, Suriya münaqişəsində pozulmuş qüvvələr balansını bərpa ediblər.

 

2015-cü ildə Bəşər Əsəd rejiminin taleyi tükdən asılı vəziyyətdə idi. Rejim Suriyanın 17% ərazisinə nəzarət edir, hərbi və iqtisadi resurslarının tükənməsi ilə üzləşmişdi. Amma Putin bölgəyə hərbi qüvvələr göndərərək, güc balansını rəsmi Dəməşqin xeyrinə dəyişdi. Hazırda Əsəd Suriyanın 66%-nə nəzarət edir.

“Hizbullah” və İran qüvvələri ilə sıx əməkdaşlıq edən ruslar Qətər və Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi cihadçı qüvvələri də darmadağın edib. Türkiyədən Suriyaya keçən 180 min silahlı cihadçı İsrailin istəyi və ABŞ-ın himayəsi sayəsində Əsəd qüvvələrinə ciddi problemlər yaradırdı.

 

Onlar Türkiyə sərhəddindən Hamaya qədər bütün Suriya ərazisinə daxil olmuşdular. Lakin Rusiya təyyarələrinin (Su-25, Su-27 və Su-35) bombardumanları nəticəsində cihadçıların bütün uğurları geridə qaldı. “Hizbullah” və İran qoşunlarının köməyi ilə Dəməşqdən Aralıq dənizi sahilinə kimi zolaq yaradan hökumət qoşunları Homs bölgəsindəki təhlükəni aradan qaldırdılar.

 

Rusiyanın və digər müttəfiqlərin köməyi ilə onlar Deyr-əz-Zoru və Hələbi azad etdilər, Türkiyə ilə sərhəddə yerləşən İdlib bölgəsində nəzarəti ələ aldılar. 2013-2016-cı illərdə İŞİD və "Ən Nüsrə Cəbhəsi"nin əlində qalmış Hələb şəhərinin azad edilməsi isə Suriya münaqişəsində hökumət qüvvələrinin ən böyük uğuru sayılır. Cihadçılara pul və silahı Qətərlə ABŞ Türkiyə vasitəsilə ötürürdü.

 

Suriyada qələbə qazanmaq istəyən Putin Hmeymim bazasına səfəri zamanı qalib gəldiklərini və ordunun zamanla bölgədən çıxarılacağını elan etmişdi. Yerli aerodromlarda isə 60 təyyarə saxlamışdı. Amma Putin Suriyadakı hərbi qələbəni siyasi qələbəyə çevirəcəyi ilə bağlı açıqlama verdikdən sonra 2 ciddi uğursuzluğa düçar oldu.

 

Soçidə Suriyada yekun sülh sazişi və yeni konstitusiyanın hazırlanması ilə bağlı keçirilən konfransda heç bir ciddi uğur əldə olunmadı. Putin müxalifət və Əsəd rejiminin 4 bənddən ibarət sülh sazişi imzalamasını gözləyirdi.

1. Prezident Bəşər Əsədin başçılığı alıtnda konstitusion orqana keçidlə bağlı müvəqqəti hökumətin yaradılması.

2. Cəmiyyətin müxtəlif təbəqələrinin və parlament sisteminin fikri nəzərə alınaraq, yeni konstitusiyanın qəbul edilməsi.

3. Parlament seçkilərinin keçirilməsi və bundan sonra yeni prezident seçkiləri. Seçkilərdə şəffaflığı təmin etmək üçün BMT bayrağı altında 5 min müşahidəçinin cəlb olunması.

4. Parlamentdəki fraksiyaların sayına uyğun olaraq yeni hökumətin formalaşdırılması.

 

Lakin ABŞ və Səudiyyə Ərəbistanının təsiri altında silahlı müxalifət Soçidəki konfransa qatılmadı. Çox güman ki, Putin buna görə müxalifətdən qanlı qisas alacaq. İdlib vilayətində cihadçıların 11 ayrı qruplaşması Səudiyyə Ərəbistanının maliyyəsi hesabına vahid orduya çevrilib. Serakib şəhərində qərargah quran cihadçılar ciddi maliyyə dəstəyi də alırlar.

Fevralın 4-də Rusiyaya məxsus Su-25 təyyarəsi İdlib vilayətində vuruldu. Onun ABŞ istehsalı olan “Stinger” raketi ilə vurulduğu bildirilir. Beləliklə, ABŞ yenidən cihadçılara silah yardımı göstərməyi bərpa edib.


Suriya münaqişəsi ilə bağlı Soçi konfransının uğursuzluğu Putinin siyasi, İdlibdə vurulan Su-25 təyyarəsi isə onun hərbi fiaskosu kimi dəyərləndirilməlidir.

 

Hazırda Suriyada İran-Türkiyə-ABŞ alyansı ABŞ-Səudiyyə Ərəbistanı-İsrail koalisiyası ilə qarşı-qarşıyadır. Qarşıda ABŞ-Rusiya ziddiyyətlərinin daha da kəsakinləşməsi və Suriyanın daha dəhşətli qan gölünə çevriləcəyini gözləmək lazımdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!