Modern.az

Kommunist Partiyasından növbədənkənar prezident seçkiləri ilə bağlı ÇAĞIRIŞ

Kommunist Partiyasından növbədənkənar prezident seçkiləri ilə bağlı ÇAĞIRIŞ

Aktual

13 Fevral 2018, 14:54

“Növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar prezidentin sərəncamı ilə tanış olandan sonra partiyanın Mərkəzi Komitəsinin katibliyi toplaşdı və mart ayının birinci on günlüyü üçün plenumun çağırılması planlaşdırılır”.

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov  deyib. Partiya sədri seçkilərlə əlaqəli son qərarın partiyanın plenumunda veriləcəyini bildirib:

 

“Azərbaycan Kommunist Partiyası respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən partiyalardan biridir. Respublikanın ictimai-siyasi həyatı deyəndə təbii ki, əsaəsən parlament, bələdiyyə, prezident seçkiləri nəzərdə tutulur. Biz iştirakın formasından asılı olmayaraq  indiyə kimi olan bütün seçkilərdə iştirak etmişik.  Partiyamız prezident seçkilərində hər zaman daha layiqli namizədə dəstək verib. Növbədənkənar seçkilərdə iştirakla bağlı partiyanın Ali Orqanının qərarı  olmalıdır.  Lakin qurultayın çağırılması üçün ən azı 3 ay vaxt lazımdır.

 

Buna baxmayaraq vaxtın azlığını nəzərə alıb partiyanın ali orqanının funksiyaları icra edəcək  başqa toplantı var, yəni partiyanın plenumu. Plenumda seçkilərdə iştirakla bağlı qərar qəbul ediləcək. Artıq katibliyin bu barədə qərarı var, biz seçkilərdə iştirak edəcəyik. Lakin plenum namizədin olub-olmayacağına və ya  qeydiyyatdan keçmiş hansı namizədə dəstək olacağına qərar verəcək”.

 

R.Qurbanov Azərbaycanda milli maraqlar çərçivəsində fəaliyyət göstərən bütün siyasi partiyaları seçkilərdə iştirak etməyə çağırır:

 

“Biz növbədənkənar seçkilərin keçirilməsini hansı xarici faktordan ortaya çıxdığını bilirik. Bu səbəbdən seçkilərin legitimliyini təmin etmək üçün  partiyalar seçkilərdə iştirak etməlidir. İstər vahid namizədlə, istər seçkilərdə hansısa namizədə dəstək verməklə.

 

Azərbaycanı istəməyən qüvvələrin əlinə əsas vermək lazım deyil. Biz dünyada baş verən hadisələri yaxşı bilirik, Ukrayna, Moldova, Gürcüstan kimi ölkələrdə olan prosesləri izləyir, analiz edib nəticə çıxarırıq. Azərbaycanın əleyhinə fəaliyyət göstərən dairələrin məqsədləri bəllidir. Sadəcə olaraq seçkiləri boykot edən, əhalini iştirak etməməyə çağıran siyasi partiyalara müraciət edirəm: Azərbaycanı sevən hər bir vətəndaş seçkilərdə iştirak etməli və legitimliyini təmin etməlidir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı