24 fevral 2018, Şənbə
Ana Səhifə - GÜNDƏM - İnzibati icraçı vəzifələr üzrə yenidən müsahibə keçiriləcək
İnzibati icraçı vəzifələr üzrə yenidən müsahibə keçiriləcək
13.02.2018, 15:36

İnzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbu üzrə elan olunmuş müsahibələrdə iştirak üçün müraciəti qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcək

 

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a verilən məlumata görə, DİM tərəfindən dövlət orqanlarında olan vakant vəzifələr Mərkəzə təqdim edildikdən sonra qanunvericiliyə uyğun olaraq həmin vəzifələrin tutulması üçün müsahibələr elan edilir.

 

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Dövlət qulluğuna qəbul imtahanlarının test mərhələsi isə ayda bir dəfə elektron və ya kağız daşıyıcılar vastəsilə həyata keçirilir.

 

İndiyədək DİM tərəfindən müsabiqənin müsahibə mərhələsi üzrə 5 elan verilib. 2 müsahibə elanı üzrə namizədlərin qeydiyyatı artıq bitmişdir. Qeyd edək ki, elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcəkdir.

 

Xatırladaq ki, hazırda 26 yanvar və 7, 8 fevral tarixlərində elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir. Namizədlərin təqdim olunan vakant vəzifələr üzrə qeydiyyatı qanunvericiliyə uyğun olaraq 30 gün müddətində aparılır və qeydiyyat müvafiq olaraq 23 fevral, 8 və 9 mart tarixlərinə qədər davam edəcəkdir.

 

26 yanvar tarixində elan olunmuş müsahibədə Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə 189 vakant yer, 7 fevral tarixində elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant yer, 8 fevral tarixində elan olunmuş müsahibədə isə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə 193 vakansiya təqdim olunmuşdur. Sertifikat əldə etmiş, həmçinin 18 fevral 2018-ci il tarixində keçiriləcək dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanından uğur əldə edənlər müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə bilərlər. Müsahibə elanlarında hər bir vəzifə üzrə ətraflı məlumat, müsahibədə iştirak etmək hüququ verən sertifikat, müsahibə proqramı və digər zəruri məlumatlarla tanış olmaq mümkündür.

 

Qeyd edək ki, 18 fevral 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanada iştirak etmək üçün BB vəzifə qrupu üzrə 1174, BA vəzifə qrupu üzrə isə 363 namizəd olmaqla, ümumilikdə 1537 nəfər qeydiyyatdan keçmişdir. İmtahan iştirakçılarına elan edilmiş və ediləcək müsahibə elanlarını daim izləməyi və yalnız işləmək istədikləri orqan və vəzifənin müsabiqəsində iştirak etməyi tövsiyə edirik.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Xocalısız 26 il” - FOTOLAR
24.02.2018, 13:46

“Xocalısız 26 il” - FOTOLAR

Gömrük qaydalarını pozan 68 şəxs aşkarlanıb
24.02.2018, 13:42

Gömrük qaydalarını pozan 68 şəxs aşkarlanıb

Azərbaycanda 560 min nəfərin müavinətləri artırılacaq
24.02.2018, 13:36

Azərbaycanda 560 min nəfərin müavinətləri artırılacaq

Tələbələrə ŞAD XƏBƏR – Güzəştli kreditlər veriləcək
24.02.2018, 13:29

Tələbələrə ŞAD XƏBƏR – Güzəştli kreditlər veriləcək

Tacikistan prezidenti bu il Azərbaycana gələcək
24.02.2018, 13:22

Tacikistan prezidenti bu il Azərbaycana gələcək

Moskva Ukraynada qəbul olunan qanuna etiraz etdi
24.02.2018, 13:11

Moskva Ukraynada qəbul olunan qanuna etiraz etdi

Oğruluq etmək istədi, bacaya düşdü
24.02.2018, 13:00

Oğruluq etmək istədi, bacaya düşdü

Azərbaycanlı deputatlar Berlində Xocalı faciəsi ilə bağlı SİMPOZİUMDA
24.02.2018, 12:34

Azərbaycanlı deputatlar Berlində Xocalı faciəsi ilə bağlı SİMPOZİUMDA

Əfv üçün müraciət edənlər ən çox bu cinayətləri törədib - SİYAHI
24.02.2018, 12:31

Əfv üçün müraciət edənlər ən çox bu cinayətləri törədib - SİYAHI

Ağ Evdə həyəcanlı anlar yaşandı
24.02.2018, 12:15

Ağ Evdə həyəcanlı anlar yaşandı

İstirahət günün hava PROQNOZU - Bakıda 10 dərəcə isti olacaq
24.02.2018, 12:11

İstirahət günün hava PROQNOZU - Bakıda 10 dərəcə isti olacaq

Milli Məclisin deputatları Ərdoğanla görüşəcək
24.02.2018, 11:58

Milli Məclisin deputatları Ərdoğanla görüşəcək

Yaşıl təbiət –Sağlam cəmiyyət
24.02.2018, 11:53

Yaşıl təbiət –Sağlam cəmiyyət

Məzahir Pənahovun qardaşı dünyasını dəyişib
24.02.2018, 11:53

Məzahir Pənahovun qardaşı dünyasını dəyişib

Elmar Vəliyəv vətəndaşları qəbul edib
24.02.2018, 11:43

Elmar Vəliyəv vətəndaşları qəbul edib

Bakıda qanunsuz ağac kəsən şəxs tutuldu
24.02.2018, 11:40

Bakıda qanunsuz ağac kəsən şəxs tutuldu

Dövlət Xidmətinin rəisinə ağır itki üz verdi
24.02.2018, 11:35

Dövlət Xidmətinin rəisinə ağır itki üz verdi

Tovuzda DƏHŞƏT – Ərlə arvad diri-diri yandı
24.02.2018, 11:33

Tovuzda DƏHŞƏT – Ərlə arvad diri-diri yandı

Türkiyə ordusu Afrinin bir addımlığında – Mühasirə həlqəsi daralır
24.02.2018, 11:22

Türkiyə ordusu Afrinin bir addımlığında – Mühasirə həlqəsi daralır

Dəb ədəbiyyatı: Dəbiyyat
24.02.2018, 11:13

Dəb ədəbiyyatı: Dəbiyyat

Ağsuda polislər yol qəzasına düşdü
24.02.2018, 11:09

Ağsuda polislər yol qəzasına düşdü

"Taliban" 25 hərbçini öldürdü
24.02.2018, 11:00

"Taliban" 25 hərbçini öldürdü

Rusiya və İran insan ölümlərində İTTİHAM OLUNDU
24.02.2018, 10:46

Rusiya və İran insan ölümlərində İTTİHAM OLUNDU

Milli Məclis 27 yaşayış yerinin adının dəyişdirilməsi məsələsinə baxacaq
24.02.2018, 10:35

Milli Məclis 27 yaşayış yerinin adının dəyişdirilməsi məsələsinə baxacaq

Neft bahalaşdı
24.02.2018, 10:24

Neft bahalaşdı

Kabildə kamikadze hücumu: Ölən və yaralanan var
24.02.2018, 10:09

Kabildə kamikadze hücumu: Ölən və yaralanan var

Myanmada 3 partlayış baş verib
24.02.2018, 09:50

Myanmada 3 partlayış baş verib

Ermənilər atəşkəsi sutka ərzində 120 dəfə pozdu
24.02.2018, 09:42

Ermənilər atəşkəsi sutka ərzində 120 dəfə pozdu

Sabahdan seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılacaq
24.02.2018, 09:33

Sabahdan seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılacaq

DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə XƏBƏRDARLIQ
24.02.2018, 09:28

DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə XƏBƏRDARLIQ

Cinayət törətmiş 32 nəfər saxlanıldı – Ötən günün STATİSTİKASI
24.02.2018, 09:14

Cinayət törətmiş 32 nəfər saxlanıldı – Ötən günün STATİSTİKASI

"Boko Haram"  105 məktəblini qaçırıb
24.02.2018, 01:01

"Boko Haram"  105 məktəblini qaçırıb

Uşaq 8 ay adsız qalıb - Video
24.02.2018, 00:45

Uşaq 8 ay adsız qalıb - Video

Hindistan ballistik raketi sınaqdan keçirdi
24.02.2018, 00:24

Hindistan ballistik raketi sınaqdan keçirdi

Xızıda fabrik sürücüsünü döyərək 200 metr sürüdülər
24.02.2018, 00:08

Xızıda fabrik sürücüsünü döyərək 200 metr sürüdülər

ARXİV
SORĞU
Hansı supermarketdən alver edirsiniz?
“ARAZ” marketləri(15.1%)
“Bazarstore”(10.1%)
“Neptun” marketləri(2.53%)
“Favorit” marketi(6.32%)
“Makromarket”(2.53%)
“Bizim market”(2.53%)
“Rahat market”(2.53%)
“Bravo” marketləri(13.9%)
“Oba market”(10.1%)
Heç biri - digər mağazalar(34.1%)