Modern.az

Suriyada 600 Rusiya vətəndaşı ölüb? - Kremldən AÇIQLAMA

Suriyada 600 Rusiya vətəndaşı ölüb? - Kremldən AÇIQLAMA

13 Fevral 2018, 15:57

“Suriyada 600 rus hərbçisinin öldürülməsi barədə xəbər həqiqətə uyğun deyil”. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov jurnalistlərə açıqlamasında deyib.

 

“Biz Suriya ordusuna yardım məqsədilə hərbi əməliyyatlarda iştirak edən Rusiya Müdafiə Nazirliyinin hərbçiləri haqda məlumata sahibik. Suriyada ola biləcək digər Rusiya vətəndaşları haqqında heç bir informasiyaya malik deyilik, bu cür suallarla bağlı Müdafiə Nazirliyinə müraciət etməyinizi məsləhət görürük”. 

Qeyd edək ki, Rusiya KİV-i daha iki rusiyalının ölümü barədə məlumat yaymışdı.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?