Modern.az

Taleh Bağırovun cəzası artırılıb

Taleh Bağırovun cəzası artırılıb

13 Fevral 2018, 16:14

Qaradağ rayon Məhkəməsində "Müsəlman Birliyi" adlı təşkilatın həbsdə olan sədri Taleh Bağırov barəsində başlanan əlavə ittiham üzrə məhkəmə iclası başa çatıb.

Modern.az xəbər verir ki, prosesdə Taleh Bağırova hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Taleh Bağırova qarşı Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) ilə ittiham elan edilib.

İttihama əsasən, onun üzərindən ötən il iyulun 31-də yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib.

Xatırladaq ki, T. Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?