Modern.az

“Olimpiadanı oğurlayan qadın” – Hamı rusiyalı gözəlçədən danışır – FOTOLAR

“Olimpiadanı oğurlayan qadın” – Hamı rusiyalı gözəlçədən danışır – FOTOLAR

Dünya

13 Fevral 2018, 17:48

Qadınlardan ibarət Kerlinq üzrə Rusiya yığmasının üzvü Anastasiya Brızqalova Qış Olimpiya Oyunlarında öz gözəlliyi ilə əsl hadisəyə çevrilib.   

Modern.az saytı “The Sun” qəzetinə istinadən xəbər verir ki, “Brızqalova olimpiyadanı oğurluyub” başlığıyla The Sun qəzetində məqalə dərc olunub.

 

Həmçinin məqalədə qeyd olunur ki, fanatların çoxu 2018 Olimpiadasında kerlinq idman növünə rusiyalı idmançının gözəlliyinə görə baxırlar. Qeyd edək ki, Cənubi Koreyanın Pxençan şəhərində keçirilən Qış Olimpiadasında kerlinq üzrə Rusiya yığmasına Anastasiya Brızqalova başçılıq edir. O, həyat yoldaşı Aleksandr Kurşelniçskimlə birgə çıxış edib və ölkəsinə bu idman növündə ilk bürünc medal qazandırıb.

 

“Bizi gözəl hesab etmələrini eşitmək çox gözəldir, amma, gözəlliyə görə medal verilmir” – deyə Anastasiya Brızqalova “Matç TV”yə müsahibəsində qeyd edib.

Qeyd edək ki, eyni zamanda sosial şəbəkələrdə də idmançı ilə bağlı bir bum yaşanır. Çoxları onu 21 yaşında Ancelina Culi ilə müqayisə edirlər.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər