Modern.az

Epilepsiya xəstəsi metroda relslərə yıxıldı

Epilepsiya xəstəsi metroda relslərə yıxıldı

Aktual

13 Fevral 2018, 19:37

Fevralın 13-də Bakı metrosunda həyəcanlı anlar yaşanıb. Saat 18:49-da qeydə alınan hadisə zamanı epilepsiya xəstəsi olan 1976-cı il təvəllüdlü Sevinc Rafiq qızı Məmmədova “Həzi Aslanov”-“Dərnəgül” istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən və “İnşaatçılar” stansiyasında olan qatarın altına düşüb.

 

Bu barədə Modern.az-a məlumat verən qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, hadisə zamanı qadın xəsarət almayıb.

 

“Həmin vaxt epilepsiya tutması baş verdiyindən qadın müvazinətini saxlaya bilməyib və relslərin üzərinə düşüb. Dərhal təcili tibbi yardım çağırılıb. Sevinc Məmmədova 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı