Modern.az

“Bu, əsl dövlət xadiminin strateji düşüncə məhsuludur” – Rəşad Mahmudov , Video

“Bu, əsl dövlət xadiminin strateji düşüncə məhsuludur” – Rəşad Mahmudov , Video

13 Fevral 2018, 21:18

“O xalq, o cəmiyyət xoşbəxtdir ki, onun idarəçiliyi dincliyə, əmin-amanlığa söykənir. O xalq xoşbəxtdir ki, onun dincliyi, əmin-amanlığı, rifahı, bir sözlə, bütün taleyi onu idarə edən nəhəng şəxsiyyətlərin, müdriklərin, dərin zəka sahiblərinin çiynindədir. Tarixi təcrübə göstərir ki, xalq hər zaman bu ağır yükü daşımağa qadir olan belə yüksək ləyaqətli tarixi şəxsiyyətlərini, liderlərini dəstəkləyir, onların ardınca gedir, onlara inanır və arxalanır”. Modern.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxış edən Milli Məclisin deputatı, Tibb üzrə elmlər doktoru Rəşad Mahmudov bildirib.

 

Rəşad Mahmudov bildirib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu günədək minlərlə azərbaycanlı gənc xarici ölkələrin ali məktəblərində təhsil alıb və hazırda elmin, mədəniyyətin, iqtisadi və siyasi həyatımızın müxtəlif sahələrində uğurla çalışmaqdadır: "Bu da insan kapitalına verilən dəyərin ən gözəl nümunələrindən biridir. Bu, əsl dövlət xadiminin strateji düşüncə məhsuludur. Sənətimlə əlaqədar inandığım bir həqiqət var. Dünyamızı sülhlə yanaşı, sevgi, mərhəmət, xeyirxahlıq, elm və düşüncə xilas edə bilər. Amma Silahlı Qüvvələrimiz bizim güvənc yerimiz, qürur mənbəyimizdir. Sizin diqqət və qayğınız sayəsində bu gün Azərbaycan Ordusu dünyanın ən qüdrətli orduları sırasındadır. Aprel hadisələrində Azərbaycan xalqı da, dünya da bu həqiqətin şahidi oldu. Bu gün ordumuzun qarşısında duran əsas vəzifə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir və qüdrətli ordumuzun bu işin öhdəsindən məharətlə gələcəyinə xalqımızın heç bir şübhəsi yoxdur".

 

Modern.az millət vəkili Rəşad Mahmudovun qurultaydakı çıxışının videoyazısını oxuculara təqdim edir:

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı