Modern.az

Əsas məqsəd İŞİD üzərində qələbədir

Əsas məqsəd İŞİD üzərində qələbədir

Aktual

13 Fevral 2018, 21:39

“Türkiyə ordusunun  Suriyanın Afrin bölgəsindəki əməliyyatı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD-lə mübarizəsinin gedişatına mənfi təsir edib. Afrindəki vəziyyət Suriyanın şərqində İŞİD-lə mübarizəmizin gedişatına mənfi təsir edib. Çünki həmin bölgədəki kürd qüvvələri Afrin bölgəsinə istiqamətlənib”. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Küveytdə koalisiya ölkələrinin nazirlərinin növbədənkənar görüşündə ABŞ dövlət katibi Reks Tillerson bildirib.  

 

R.Tillerson qeyd edib  ki, Türkiyənin hərbi əməliyyatın məqsədlərimizə olan fəsadını dərk etməsi vacibdir: “Əsas məqsədimiz isə İŞİD üzərində qələbədir”.

 

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər