Modern.az

Avtobus avtomobillə toqquşdu: 4 ölü

Avtobus avtomobillə toqquşdu: 4 ölü

Aktual

14 Fevral 2018, 15:56

Türkiyədə dörd nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə  Bingöl-Elazığ avtomobil yolunun 15-ci kilometrliyində baş verib. Elazığ istiqamətində hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirərərək qarşıdan gələn avtobus ilə toqquşub. Nəticədə maşındakı dörd sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Avtobusdakı yeddi nəfər sərnişin isə yaralanıb.

 

Dərhal hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə briqadaları və polis cəlb olunub. Yaralılar Bingöl Dövlət Xəstəxanasına çatdırılıb. Qəzayla bağlı araşdırmalar aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır