Modern.az

Daha 4 nəfərin namizədliyinin irəli sürüldüyü təsdiqləndi - ADLAR  

Daha 4 nəfərin namizədliyinin irəli sürüldüyü təsdiqləndi - ADLAR   

Aktual

14 Fevral 2018, 16:23

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK-ya müraciət etmiş şəxslərin prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq olunması məsələsi müzakirə olunub.

 

Modern.az-ın məlumatına görə, MSK-nın katibi Arifə Muxtarova deyib ki, Anar Azər oğlu Umudovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün MSK-ya müraciət edib.

 

Məsələ səsverməyə çıxarılaraq təsdiqlənib.

 

İclasda daha sonra Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin, namizədlikləri öz təşəbbüsü ilə irəli sürmüş Zahid Orucun və Tural Abbaslının namizədliklərinin irəli sürülməsi təsdiqlənib.

Xatırladaq ki, MSK-nın bugünkü iclasında ilk olaraq İlham Əliyevin aprelin 11-nə təyin edilən prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir