Modern.az

“Yaxşı türk, ölü türkdür” – Yunan nazir qalmaqal YARATDI

“Yaxşı türk, ölü türkdür” – Yunan nazir qalmaqal YARATDI

14 Fevral 2018, 17:18

Yunanıstanın keçmiş xarici işlər naziri Teodoros Panqalosun “ən yaxşı türk ölü türkdür” cümləsi ciddi qalmaqal yaradıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ”Skai” radiosuna verilən müsahibə zamanı Türkiyə və Yunanıstan arasında son gərginliyə reaksiya verən sabiq nazirin  Panqalosun işlətdiyi ifadələr böyük narazılığa səbəb olub.

O, türkləri tənqid edərək onları pis niyyətli adlandırıb: “ Nə qədər yaxşı niyyətli olduğumuzu göstərsək belə, düşmən amansızdır və tezliklə onların öhdəsindən gəlmək vacibdir. Ən yaxşı türk ölü türkdür,buna inanıram, çünki hələ yaxşı bir türkə rast gəlməmişəm. Onlar ədalət hissindən məhrumdurlar”.

 

Xatırladaq ki, Panqalos 1996-1999 illərdə  Yunanıstanda xarici işlər naziri vəzifəsini icra edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir