Modern.az

“Gürcücə Vikipediya”da Azərbaycan məqaləsi seçilmiş yazı oldu  

“Gürcücə Vikipediya”da Azərbaycan məqaləsi seçilmiş yazı oldu   

14 Fevral 2018, 17:45

"Gürcücə Vikipediya"da Azərbaycan məqaləsi araşdırmaçı Mehman İbrahimov tərəfindən əsaslı redaktə olunduqdan sonra ayın məqaləsi seçilib.

//ka.m.wikipedia.org/wiki/%E1%83%90%E1%83%96%E1%83%94%E1%83%A0%E1%83%91%E1%83%90%E1%83%98%E1%83%AF%E1%83%90%E1%83%9C%E1%83%98

Bu barədə məlumatı Modern.az-a AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri, diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

“Məqalədə Azərbaycanın turizmi, mədəniyyəti, iqtisadiyyatı və s. sahələr və işğal olunmuş torpaqlarımız haqqında geniş məlumatlar öz əksini tapıb.
Məqalə "Gürcücə Vikipediya"da bir ay ərzində görünəcək. İki gün ərzində üç mindən çox baxış olub. Baxışın artacağı gözlənilir.
Qeyd edim ki, Mehman İbrahimov xarici mətbuatda Azərbaycan həqiqətləri uğrunda mübarizə aparan araşdırmaçılardandır. Dəfələrlə Ermənistanın Qarabağı işğal etməsi və Xocalı soyqırımı barədə xarici mətbuatda sərt məqalələrlə çıxış edib”,-deyə E.Eltürk əlavə edib

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi