Modern.az

Putinə qarşı sui-qəsd PLANI – Eks-deputatdan sensasion açıqlamalar

Putinə qarşı sui-qəsd PLANI – Eks-deputatdan sensasion açıqlamalar

14 Fevral 2018, 18:09

Kiyevin Obolonsk məhkəməsində ifadəsi zamanı eks-deputat Panamaryov Federal Mühafizə Xidmətindəki gizli mənbəyinə istinadən Putinə qarşı hazırlanan sui-qəsd epiozdu barədə danışıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə fevralın 22-də baş verib.  

“Həmin gün Putin Soçidə az qala aviya qəzaya uğrayacaqdı. Helikopteri sərt eniş etmişdi və Putin bunu xarici kəşfiyyat orqanları tərəfindən hazırlanmış sui qəsd kimi qiymətləndirdi”.

 

Qeyd edək ki, Kiyevin Obolonsk məhkəməsində Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin Vətənə xəyanət işi ilə bağlı dinləmələr aparılır.  Həmin dinləmələr zamanı yalan ifadəyə görə cinayət məsuliyyəti xatırladılan eks- deputat İlya Ponomaryov ifadəsi zamanı Putinin 22 fevral hadisələrini xarici kəşfiyyat orqanları tərəfindən hazırlanmış sui-qəsd planı kimi qiymətləndirini qeyd edib.

 

O bunları Federal Mühafizə Xidmətinin (ФСО) zabiti ilə söhbəti zamanı öyrəndiyini, lakin onun təhlükəsizliyi üçün kimliyini açıqlaya biləmiyəcəyini bildirib. Onun bildirdiyinə görə sərt enişdən sonra Putin ətrafında ona qarşı kompromatdan şübhələndi və 23 fevralda dar çərçivədə keçirdiyi iclasda Krımın Rusiyaya birləşdirilməsini məsələsini qaldırdı.

Onun sözlərinə görə o bu barədə iclasda iştirak etmiş şəxsdən öyrənib və həmin iclasda Putindən başqa daha 4 nəfər olduğunu vurğulayıb.

“Müsahibimin mənə dediklərinə görə iclasda iştirak edənlərin əksəriyyəti Krımın birbaşa birləşdirilməsinin tərəfdarı deyildilər. Bununla belə Putin söylədi ki, bu məsələ həll olunmalıdır və bunun hansı yolla həll olunması sizin işinizdir. O, Krımın birbaşa birləşdirilməsinin üzərində durdu. Əlbəttə ki, fevralın 23-də bu proses başladı”- deyə Ponomaryov ifadəsində deyib.

 

RBK-nın Dmitri Peskova bu hadisə barəsində sualına: “Xeyr, bu cür hadisə olmayıb” – deyə cavab verib.

Obolonsk məhkəməsinə ifadəsində Yanukoviçin keçmiş mühafizəçisi Viktor Rezniçenko 23 fevralda prezident və onu müşayət edənləri göyərtəsində qırmızı ulduzlar olan helikopterlər vasitəsilə Soçidən çıxarıldığını qeyd edib.

“Krım, vətənə qayıdış” filminə müsahibəsində Putin həmni hadisələri belə xatırlayıb.

“Mən Kremlə müdafiə nazirini, xüsusi xidmət orqanlarının rəhbərlərini çağırdım və onların qarşısında Ukrayna prezidentin həyatının xilası məsələsini qoydum. Onu sadəcə məhv edəcəkdilər. Orada iriçaplı pulemyotlar yerləşdirilməli idi ki, uzun danışmasınlar. Biz onu bir başa Donetskdən quru, hava və ya dəniz vasitəsiylə çıxarmağa hazırlaşırdıq”.

Putinin sözlərinə görə prezidentin kortejinin Donetskdən çıxmasından sonra onun axtarışına tərkibində xüsusi təyinatlılar olan helikopter qrupu göndərilib. Elə həmin qrup da Yanukoviçi Rusiyaya gətirib.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir