22 may 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Mehriban Əliyeva Böyük Britaniyanın xüsusi elçisi ilə görüşdü
Mehriban Əliyeva Böyük Britaniyanın xüsusi elçisi ilə görüşdü +
14.02.2018, 18:28

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 14-də Böyük Britaniya baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

Modern.az-ın məlumatına görə, Böyük Britaniya baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim edib.

 

Birinci vitse-prezident Mehriban Əliyeva Baronessa Emma Nikolsonu Azərbaycanda salamlayaraq qonağın ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. Böyük Britaniyanın baş nazirinin ticarət elçisinin fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında iştirak edəcəyini qeyd edən Mehriban Əliyeva bu iclasın uğurlu keçəcəyinə əminliyini bildirib. Baronessa Emma Nikolsonla 2016-cı ilin noyabrında görüşünü xatırlayan Birinci vitse-prezident onun geniş fəaliyyətini yüksək dəyərləndirib və böyük hörmətə layiq olduğunu vurğulayıb. “Ölkələrimiz arasında əməkdaşlıq genişləndirilir və gücləndirilir”, - deyən Birinci vitse-prezident Mehriban Əliyeva bu işdə Baronessa Emma Nikolsonun rolunu xüsusi qeyd edib. Mehriban Əliyeva Azərbaycanla Böyük Britaniya arasında uzun illər mövcud olan işgüzar əlaqələrin bir çox sahələri əhatə etdiyini diqqətə çatdıraraq enerji sektorundakı əməkdaşlığı xüsusi vurğulayıb, Azərbaycanda Böyük Britaniyanın bir sıra şirkətlərinin, o cümlədən BP şirkətinin uğurlu fəaliyyətini qeyd edib. Ümumi dəyəri 42 milyard dollar olan “Cənub Qaz Dəhlizi” layihəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulayan Mehriban Əliyeva bu layihənin uğurla həyata keçirildiyini və BP şirkətinin layihənin əsas tərəfdaşlarından biri olduğunu deyib. Diqqətə çatdırıb ki, layihənin reallaşdırılması ilə ilk qazın bu ilin iyulunda Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılması nəzərdə tutulur.

 

İki ölkə arasında digər sahələrdə də geniş əməkdaşlıq imkanlarının mövcudluğunu qeyd edən Birinci vitse-prezident nəqliyyat, yüksək texnologiyalar, səhiyyə, kənd təsərrüfatı sahələrində böyük potensialın olduğunu vurğulayıb. Baronessa Emma Nikolsonun xeyriyyəçilik fəaliyyətindən danışan Mehriban Əliyeva AMAR Beynəlxalq Xeyriyyə Fondu ilə Heydər Əliyev Fondu arasında çox uğurlu əməkdaşlığı qeyd edib. Bildirib ki, İraqda münaqişədən əziyyət çəkən insanlar üçün 2017-ci ildə Baronessa Emma Nikolsonun təklifi ilə köçkün düşərgələrində şahmat turniri keçirilib. Azərbaycanın iki beynəlxalq şahmatçısı Azər Mirzəyev və Fərid Abbasov turnirdə iştirak edərək oyunlar keçiriblər. Bu layihəyə göstərilən dəstəyə görə Baronessa Emma Nikolsona minnətdarlığını bildirən Mehriban Əliyeva Azərbaycan tərəfinin gələcəkdə də belə layihələrdə iştirak etməyə hazır olduğunu deyib.

Böyük Britaniya baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson ölkəmizdə olmaqdan məmnunluğunu bildirib. Qonaq Mehriban Əliyeva ilə ikinci dəfədir ki, görüşdüyünü qeyd edərək keçirilən müzakirələri yüksək dəyərləndirib. Vurğulayıb ki, müzakirələrin nəticəsi olaraq hər iki tərəf üçün böyük maraq doğuran sahələrdə uğurlu işlər görülüb. Qonaq bu fəaliyyətin davam etdirilməsini arzuladıqlarını bildirib.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Polşa prezidenti ABŞ-ı tərk edə bilməyib - SƏBƏB
21.05.2018, 23:50

Polşa prezidenti ABŞ-ı tərk edə bilməyib - SƏBƏB

Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB
21.05.2018, 23:43

Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB

Qurban Qurbanov millinin yeni heyətini açıqladı
21.05.2018, 23:35

Qurban Qurbanov millinin yeni heyətini açıqladı

“Putinlə Qarabağı müzakirə etdik” - Paşinyan
21.05.2018, 23:28

“Putinlə Qarabağı müzakirə etdik” - Paşinyan

Serbiya prezidentinin şərəfinə rəsmi ziyafət verilib
21.05.2018, 23:21

Serbiya prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Serbiya prezidentinin şərəfinə rəsmi ziyafət verilib
21.05.2018, 23:21

Serbiya prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Azərbaycan neftinin son qiyməti - bir az ucuzlaşdı
21.05.2018, 23:15

Azərbaycan neftinin son qiyməti - bir az ucuzlaşdı

Prezidentdən azərbaycanlı müğənni və xanımı ilə bağlı  - Sərəncam
21.05.2018, 23:03

Prezidentdən azərbaycanlı müğənni və xanımı ilə bağlı  - Sərəncam

İsrail hiddətlənib: Avropadan üç səfirini geri çağırdı
21.05.2018, 22:56

İsrail hiddətlənib: Avropadan üç səfirini geri çağırdı

Suriya ordusu Dəməşqi tam azad etdi
21.05.2018, 22:47

Suriya ordusu Dəməşqi tam azad etdi

Obama özünə yeni iş tapdı - Serial çəkəcək
21.05.2018, 22:35

Obama özünə yeni iş tapdı - Serial çəkəcək

Azərbaycandakı dövlət qulluqçularının sayı açıqlanıb
21.05.2018, 22:22

Azərbaycandakı dövlət qulluqçularının sayı açıqlanıb

Qəbul imtahanlarında balların hesablanma qaydası
21.05.2018, 21:45

Qəbul imtahanlarında balların hesablanma qaydası

 Türkiyənin müxalifət partiyası parlament seçkilərində iştirakdan imtina edib
21.05.2018, 21:15

Türkiyənin müxalifət partiyası parlament seçkilərində iştirakdan imtina edib

 Azərbaycanda bir nəfərin məhsul və xidmətlərə xərclədiyi pul nə qədərdir?
21.05.2018, 21:11

Azərbaycanda bir nəfərin məhsul və xidmətlərə xərclədiyi pul nə qədərdir?

Çin Ayı fəth edir - "Queqiao" kosmik aparatını buraxdı
21.05.2018, 21:00

Çin Ayı fəth edir - "Queqiao" kosmik aparatını buraxdı

ABŞ İranın qarşısına 12 şərt qoydu
21.05.2018, 20:42

ABŞ İranın qarşısına 12 şərt qoydu

Ramazan ayının altıncı gününün duası və təqvimi
21.05.2018, 20:16

Ramazan ayının altıncı gününün duası və təqvimi

Mobil operatora məxsus stansiyadan 5 min manatlıq oğurluq olub
21.05.2018, 20:08

Mobil operatora məxsus stansiyadan 5 min manatlıq oğurluq olub

Türkiyədə baş məşqçi istefa verdi
21.05.2018, 18:47

Türkiyədə baş məşqçi istefa verdi

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
21.05.2018, 18:43

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Sahil Babayev BƏT-in baş direktoru ilə görüşüb
21.05.2018, 18:34

Sahil Babayev BƏT-in baş direktoru ilə görüşüb

Prokurorluq orqanlarında AXC-nin yaranmasının 100 illiyi qeyd edilib -FOTOLAR
21.05.2018, 18:23

Prokurorluq orqanlarında AXC-nin yaranmasının 100 illiyi qeyd edilib -FOTOLAR

İstanbulda azərbaycanlı kimsəsizlər qəbirstanlığında dəfn olunub
21.05.2018, 18:18

İstanbulda azərbaycanlı kimsəsizlər qəbirstanlığında dəfn olunub

Yusif Eyvazova “Xalq artisti” adı verildi - Sərəncam
21.05.2018, 18:07

Yusif Eyvazova “Xalq artisti” adı verildi - Sərəncam

Prezident Anna Netrebkonu “Dostluq” ordeni ilə təltif etdi
21.05.2018, 18:01

Prezident Anna Netrebkonu “Dostluq” ordeni ilə təltif etdi

ABŞ-dan İrana Suriya ilə bağlı sərt XƏBƏRDARLIQ
21.05.2018, 17:52

ABŞ-dan İrana Suriya ilə bağlı sərt XƏBƏRDARLIQ

Azərbaycan vətəndaşı İstanbulda intihar etdi, kimsəsizlər qəbiristanlığında basdırıldı
21.05.2018, 17:48

Azərbaycan vətəndaşı İstanbulda intihar etdi, kimsəsizlər qəbiristanlığında basdırıldı

Sarkisyan istefasından sonra ilk dəfə adam arasına çıxdı – FOTO
21.05.2018, 17:42

Sarkisyan istefasından sonra ilk dəfə adam arasına çıxdı – FOTO

Öz zəkası ilə 5000 ABŞ dolları qazanan azərbaycanlı şagirdlər
21.05.2018, 17:35

Öz zəkası ilə 5000 ABŞ dolları qazanan azərbaycanlı şagirdlər

Azərbaycan və Serbiya prezidentlərinin mətbuata bəyanatları
21.05.2018, 17:18

Azərbaycan və Serbiya prezidentlərinin mətbuata bəyanatları

Azercell XXV "TİBO-2018" sərgisində ölkəmizi təmsil edib
21.05.2018, 17:07

Azercell XXV "TİBO-2018" sərgisində ölkəmizi təmsil edib

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
21.05.2018, 17:07

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

ABŞ Çin və Rusiyaya qarşı məxfi plan HAZIRLAYIB
21.05.2018, 17:04

ABŞ Çin və Rusiyaya qarşı məxfi plan HAZIRLAYIB

FHN kafedəki partlayışla bağlı məlumat yaydı - Yaralıların vəziyyəti ağırdır - ADLAR
21.05.2018, 16:56

FHN kafedəki partlayışla bağlı məlumat yaydı - Yaralıların vəziyyəti ağırdır - ADLAR

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.0%)
Meral Akşener (17.1%)
Rəcəb Tayyip Ərdoğan (60.5%)
Selahattin Demirtaş (0%)
Temel Karamollaoğlu (0%)
Doğu Perinçek (1.31%)