Modern.az

AMEA-nın ümumi yığıncağının vaxtı dəyişdi – Seçkilərə görə

AMEA-nın ümumi yığıncağının vaxtı dəyişdi – Seçkilərə görə

Aktual

14 Fevral 2018, 18:51

Prezident seçkiləri ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağının vaxtı dəyişib.

Modern.az-ın məlumatına görə, Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, əvvəlcədən ümumi yığıncağın aprelin 11-də keçirilməsi planlaşdırılmışdı:

"Lakin bildiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamla aprelin 11-də ölkədə prezident seçkiləri baş tutacaq. Buna görə də biz Akademiyanın ümumi yığıncağını iyun ayında keçirəcəyik".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!