Modern.az

Arif Hacılı Tofiq Yaqublunu vəzifəsindən azad etdi

Arif Hacılı Tofiq Yaqublunu vəzifəsindən azad etdi

Aktual

14 Fevral 2018, 19:51

Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən azad edilib.  Modern.az xəbər verir ki, T. Yaqublunun APA-ya verdiyi məlumata görə, müavin vəzifəsindən azad edilsə də, partiyanın Məclis və Divan üzvü olaraq qalır.

 

"Bunu Arif Hacılı ilə danışmışıq və səbəblər izah olunub. Müavinlik vəzifəmdən kənarlaşdırılsam da, partiyada qalıram", - deyə o vurğulayıb.

T. Yaqublu müavin vəzifəsindən kənarlaşdırılmasının Milli Şuranın üzvü olması ilə əlaqələndirilməsi faktını təsdiqləyib, lakin bu barədə açıqlama vermək istəmədiyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!