Modern.az

Türkiyə və ABŞ generallları bir arada

Türkiyə və ABŞ generallları bir arada

Aktual

14 Fevral 2018, 22:35

Brüsseldə Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli və ABŞ-ın müdafiə naziri Ceyms Mettis arasında görüş başlayıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu Suriya ərazisində həyata keçirilən “Zeytun budağı” antiterror əməliyyatıdır. Bundan başqa  ABŞ-ın Türkiyəyə qarşı olan terror təşkilatlarına yardım etməsi səbəbindən iki ölkə arasında yaranmış gərginliyə dair məsələlər ətrafında da müzakirələr aparılır.

 

Qeyd edək ki, son günlər Türkiyə rəsmiləri fasiləsiz olaraq bu ölkənin sərhəd qonşuluğunda PKK/PYD/YPG/İŞID terror qruplaşmalarına hərtərəfli yardım göstərilməsini əsas tutaraq ABŞ tərəfini kəskin ittiham edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi