Modern.az

Ərdoğanla Tillerson arasında görüş yekunlaşıb - Yenilənib

Ərdoğanla Tillerson arasında görüş yekunlaşıb - Yenilənib

Dünya

16 Fevral 2018, 00:28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında görüş yekunlaşıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş 3 saat 15 dəqiqə davam edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun da iştirak etdiyi görüşdə Suriya məsələsi, ABŞ-ın Suriyada PYD və PKK-a dəstəyi və ikitərəfli münasibətlər müzakirə mövzusu olub.

 

21:15

 

Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Reks Tillerson və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. Modern.az  Türkiyə mediasına  istinadən xəbər verir ki, görüş jurnalistlər üçün qapalı olub. 

Məlumata görə, görüşdə Türkiyənin Afrində həyata keçirdiyi əməliyyatlar, Suriyada vəziyyət və ikitərəfli əlaqələrdə yaranan problemlər müzakirə olunub.

Qeyd edək ki, Reks Tillersonun xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi