Modern.az

YORĞUN SİYASƏTÇİLƏR...

YORĞUN SİYASƏTÇİLƏR...

15 Fevral 2018, 22:19

Gərgin iş rejimi, rəsmi səfərlər, müşavirələr, görüşlər onları da yorur. Hətta bəzən, məşhur siyasətçilər də adi insanlar kimi vaxtlı-vaxtsız gələn yuxudan can qurtara bilmirlər. Onların yuxusuna heç siyasi hadisələr də haram qata bilmir.

 

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

 

 

Siyasi liderlər arasında hələ ki, yorğunluğu hiss olunmayan ABŞ prezidenti Donald Trampdır. Gərgin iş rejiminə baxmayaraq prezident sutka ərzində 4-5 saat yatmaqla özünü gümrah hiss edir və görüşlərdə, müşavirələrdə mürgüləməyi müşahidə olunmur.

 

 

Növbəti prezident seçkilərinə hazırlaşan Rusiya Federasiyasının prezidenti Vladimir Putin yuxusuna haram qatmağı bacarır. Putin əsnəməklə yuxusunu qaçırıb siyasi fəaliyyətini davam etdirir.

 

 

Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedyev yuxusuna haram qatan siyasətçilərdən fərqli olaraq, harada olmasına baxmayaraq, “gözünün acısı”nı almağa imkan tapır.

 

 

Vladimir Jirinovski nə qədər çılğın olsa da, yorğunluğunu tez-tez biruzə verir. Həmişə qalib olmaq iddiasında olan Jirinovski yuxusuna qalib ola bilmir.

 

 

Uzun illər Rusiya paytaxtının meri olmuş Yuri Lujkovu isə qaynar Moskva həyatı yorub.

 

 

Tükənməz enerjisi ilə fərqlənən Almaniya kansleri Angela Merkel həm də yuxu ilə mübarizə aparır.

 

 

Belarus prezidenti Aleksandr Lukaçenko bir-neçə dəqiqəlik fasilə ilə yorğunluğunu aradan götürmək üçün rahatlığını belə tapır.

 

 

 

Sutka ərzində 2-3 saat yatdığını söyləyən Ukrayna prezidenti Petro Poroşenkonu isə yorğun salan Rusiyanın siyasətidir.

 

 

Ermənistan prezidentinin yuxusuna Azərbaycan ordusu haram qatıb. Gecələri yata bilməyən Sarkisyan iclaslarda, görüşlərdə macal tapan kimi yuxulayır.

 

 

Arzu edək ki, siyasi liderlər sayıq fəaliyyətləri ilə sülhü təmin etsinlər, insanlar səhərləri müharibəsiz və xoş xəbərlə açsınlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir