Modern.az

Dekan, kafedra müdiri olmaq istəyənlər üçün yeni QAYDALAR

Dekan, kafedra müdiri olmaq istəyənlər üçün yeni QAYDALAR

Aktual

16 Fevral 2018, 14:00

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyinin Kollegiyasının 15 oktyabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənən "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” qüvvəyə minib.

Bu Qaydalar mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələrinə şamil edilir.

Bəs bu qaydalar nədən ibarətdir?

Bundan sonra universitetlərdə dekan, kafedra müdiri olmaq üçün qaydalar necə müəyyənləşəcək?

 

Təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında məsələyə geniş şərh verib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrində fakültə dekanı, professor-müəllim və kafedra müdiri vəzifəsi seçkilər yolu ilə tutulur.

 

“20 ildən çoxdur ki, zəbt ediblər”

 

“Kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assisent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Lakin reallıq ondan ibarətdir ki, bir çox ali təhsil olacaqlarında müəyyən şəxslər bu vəzifəni 20 ildən çoxdur ki, zəbt ediblər. Qanunvericiliyə görə bu vəzifələrin tutulması üçün gizli səsvermədən istifadə olunsa da, əslində seçki formal xarakter daşıyır.

Əmək haqqı məsələsinə gəldikdə isə, Azərbaycan Respublikasının Əmək Qanunvericiliyində göstərilir ki, bir şəxs iki vəzifə daşıyırsa, digər vəzifənin yarısı qədər əmək haqqı almalıdır.

 

Amma bu ali təhsil müəssisələrində tutulan vəzifələrə aid deyil. Çünki eyni istiqamət üzrə olarsa, o zaman bir vəzifənin tam, digərinin yarı əməkhaqqı alınmalıdır. Kafedra müdirinin səlahiyyətləri tamamilə ayrı, dekanın vəzifələri isə ayrı bir şeydir. Ancaq o vəzifənin yerinə yetirilməsi ilə bağlı ciddi problemlər ortaya çıxıb. Bilirsiniz ki, həmin şəxs tam olaraq bütün tədris prosesində dekanlıqda oturmalıdır və tələbələri qəbul etməli, onların problemlərini dinləməlidir. Bu zaman kafedra müdiri vəzifəsi boş qalır”.

 

“Nazir də kafedra müdiridir”

 

Kamran Əsədov bildirib ki, bütün kafedralar, eyni vaxtda müdafiə şuraları, hər hansı elmi məqalələrin yazılması, elmi müzakirələrin aparıldığı yerdirsə, deməli, həmin vaxt kafedra müdiri vəzifəsini yerinə yetirə bilmir.

 

“Bu, bizim tanınmış universitetlərimizin  hamısında belədir. Bir çox fakültələrin dekanları,  rektorlar, prorektorlar, həm də kafedra müdiridir. Həmçinin, dövlət icra orqanlarında yüksək vəzifəli şəxslər var ki, onlar həm kafedra müdiri, həm də hansısa vəzifəni yerinə yetirirlər.

 

Əmək Məcəlləsində göstərilir ki, hər kəs gün ərzində minimum 8 saat ona tapşırılan, əmək müqaviləsindəki vəzifəsini yerinə yetirməlidir. Yəni hansısa icra orqanının rəhbəri, ya Bakıda, ya da regionda nazir postunda olmaqla yanaşı, hansısa universitetin kafedra müdiridir. Hər hansı tələbə təhsillə bağlı problem yaranarsa, kafedra müdiri ilə görüşmək istəyəndə görüşə bilmir. Bu, kifayət qədər təhsilin keyfiyyətinə mənfi təsir göstərən bir haldır. Çünki tələbələrin müraciətlərinə baxılması üçün operativlik aşağı düşür”.

 

“Azərbaycan universitetləri dünya reytinqində yoxdur”

 

Ekspert yeni qərara ümidlə baxır.

 

“Tətbiq edilmiş yenilikdən sonra bu problem aradan qalxacaq. Əmək Məcəlləsinin tələblərinə görə, vəzifəsini yerinə yetirən şəxs həmin vaxt orda olmağa birmənalı şəkildə borcludur.

Hətta Milli Məclisin deputatları da var ki, bu və ya digər vəzifə  daşımaqla yanaşı,  universitetlərdə kafedra müdiridirlər. Amma onlar  aylarla, illərlə kafedranın yaxınlığına belə getmirlər.

 

Bu zaman onun səlahiyyətlərini hansısa ona yaxın bir şəxs üzərinə götürür, bu da qanunvericiliyin tələblərinin pozulmasıdır. Dəyişiklik tam zamanında edilib. Bu gün Azərbaycan universitetləri dünya reytinqində yoxdur. Səbəb isə elmi tədqiqat işlərinin standartlara uyğun olaraq həyata keçrilməməsidir.

2013-cü ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş Təhsilin inkişafı üzə Dövlət strategiyasında bu məsələlər xüsusi olaraq qeyd edilib.

 

Ali təhsil müəssisələrimiz dünya standartlarına cavab verməlidir. Bi şəxs bir neçə vəzifə tutarsa, bu təhsil müəssisəsində boşluqların yaranmasına gətirib çıxarar. Ona görə də bundan sonra belə hallara yol verilməsi qanunvericiliyin tələblərinə ziddir”.

 

“Dəyişiklik təhsilimizə fayda verəcək”

 

Kamran Əsədov yeniliklərdən danışarkən yaş məsələsinə də aydınlıq gətirib.

“Düzdür, bu vəzifələrin tutulması üçün yaş məhdudiyyəti tətbiq edilsə, elmə, təhsilə dinamik gənclərin gəlməsinə münbit şərait yaradacaq.

 

Qəbul edilmiş dəyişikliyə görə daha dekan  kafedra müdiri ola bilməyəcək, və uzun müddət ərzində kresloya yapışıb qalmayacaq. Elm dəyişiklik, inkişaf istəyir. Bir çoxları uzun müddət ərzində hər iki postu tutsalar da elmə, təhsilə heç bir faydalı iş verməyiblər. Hesab edirəm ki, həyata keçirilmiş dəyişiklik universitetlərimizin inkişafına, dünya reytinqində irəliləməsinə müstəsna kömək edəcək”

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!