Modern.az

“Azərbaycan” Nəşriyyatında zərgər emalatxanası açılıb

“Azərbaycan” Nəşriyyatında zərgər emalatxanası açılıb

Media

21 İyul 2011, 14:40

Ölkənin xeyli yazılı media orqanının fəaliyyət göstərdiyi “Azərbaycan” Nəşriyyatında bir sıra problemlər var. Bu binanın təmirə böyük ehtiyacı var. Yuxarı mərtəbələrə isə ya ayaqla qalxmalısan, ya da həyatını risqə atıb liftə minməlisən. O lift səni istədiyin mərtəbəyə aparsa, sevinəcəksən. “Azərbaycan” Nəşriyyatının otaqlarını icarəyə götürüb çalışan medi mənsubları da bu problemləri təsdiqləyər.

Modern.az saytı “Azərbaycan” Nəşriyyatı ilə bağlı bir maraqlı məlumat əldə edib. Sən demə burada təkcə ciddi və “reket” qəzetlər yerləşmirmiş, nəşriyyatın beşinci mərtəbəində zərgər emalatxanası da fəaliyyət göstərirmiş.

Modern.az-ın əməkdaşı bu kimi məsələlərlə bağlı nəşriyyat rəhbərliyinin fikrini öyrənməyə çalışıb.

Direktor müavini Bəsti İsmayılova bildirib ki, bu işlərələ o məşğul olmur.

Digər müavin Allahverdi Məmmədov isə deyib ki, yaxın 10 gün ərzində nəşriyyatın əsaslı təmir və lift məsələsinə aydınlıq gətiriləcək. O, mütəmadi olaraq nəşriyyatda ehtiyac duyulan yerlərdə təmir işlərinin aparıldığını qeyd edib.

O ki qaldı “Azərbaycan” Nəşriyyatında zərgər emalatxanasının fəaliyyətinə, Allahverdi Məmmədov faktı təsdiqləsə də, hazırda emalatxananın öz fəaliyyətini dayandırdığını qeyd edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir