Modern.az

SOCAR-ın əməkdaşı iş yerində özünü 8-ci mərtəbədən atdı

SOCAR-ın əməkdaşı iş yerində özünü 8-ci mərtəbədən atdı

16 Fevral 2018, 14:28

Fevralın 16-da saat 11 radələrində “Neftqazelmitədqiqatlayihə” İnstitutunda intihar hadisəsi baş verib.

 

Bu haqda SOCAR-dan Modern.az-a verilən məlumatda bildirilib.

 

İnstitutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib. 1969-cu il təvəllüdlü Əli Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra İnstitutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzifəsində işləyib.

 

İş yoldaşlarının dediyinə görə, anası rəhmətə getdikdən sonra Əli Süleymanov depressiyadan əziyyət çəkib, müalicə olunurdu.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi