Modern.az

Keçmiş müttəfiqləri Rəsul Quliyevin üstündən “XƏTT ÇƏKDİLƏR”

Keçmiş müttəfiqləri Rəsul Quliyevin üstündən “XƏTT ÇƏKDİLƏR”

Aktual

16 Fevral 2018, 15:32

Məlum olduğu kimi prezident İlham Əliyev aprelin 11-nə Azərbaycan Respublikasında növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

 

Bundan öncə  Azərbaycanın eks-spikeri, uzun illərdir Amerikada mühacir həyatı yaşayan Rəsul Quliyev də prezident seçkilərində iştirak edəcəyini bildirmişdi. Maraqlıdır, Rəsul Quliyev seçkilərdə iştirak edəcəyi halda, keçmiş müttəfiqləri ona dəstək olacaqmı?

 

ADP sədri Sərdar Cəlaloğlu Modern.az saytına açıqlamasında bildirib ki, Rəsul Quliyevin seçkilərdə iştirakı mümkün deyil:

 

“Rəsul Quliyevin seçkilərdə iştirak etməsi necə mümkün ola bilər ki?   Yox əgər, onun seçkilərdə iştirak etmə ehtimalı olarsa, o zaman qətiyyən dəstək olmaq fikrim yoxdur.Hazırda da Rəsul Quliyevlə heç bir əlaqəmiz yoxdur”.

 

Ədalət Partiyasının sədri, keçmiş deputat İlyas İsmayılov qeyd edib ki, seçkilərdə heç kimə dəstək olmaq fikrində deyil:

 

“Biz ümumiyyətlə özümüz də prezident seçkilərinə qatılmayacağıq.Rəsul Quliyevin iştirakına qaldıqda isə, mən heç kimə dəstək olan deyiləm. Niyə dəstək olmalıyam?  Hazırda heç kimlə əlaqələrim pis deyil. Hamı ilə münasibətlərim normaldır. Amma Rəsul Quliyev də daxil olmaqla, heç kimlə əlaqə yaratmıram”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır