Modern.az

Bakıda doğranmış qadın cinayətinin bəzi təfərrüatları - Yenilənib

Bakıda doğranmış qadın cinayətinin bəzi təfərrüatları - Yenilənib

Aktual

16 Fevral 2018, 21:11

Bakıda vəhşicəsinə qətlə yetirilmiş və cəsədi doğranaraq zibil yeşiyinə atılmış qadınla bağlı ilkin məhkəmə tibbi ekspertizasının bəzi detalları məlum olub. Modern.az Sputnik.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində zibil qutusunda aşkarlanan qadın cəsədi bıçaq və balta zərbələri ilə hissələrə ayrılıb.

 

Bu barədə Bakı şəhər prokurorluğundan bildirilib.

 

Sellofan paketlərə qablaşdırılmış qadın bədəni hissələri bu gün səhər 08:00 radələrində aşkarlanıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları qatilin kimliyini araşdırır. Qətlin mənzildə baş verdiyi ehtimal olunur. Şübhə doğurmamaq üçün qatil cəsədi hissələrə bölüb və sellofan torbalara qablaşdırıb.

 

Vəhşicəsinə qətlə yetirilən qurbanın 50-60 yaş arasıda olduğu müəyyənləşdirilib.

 

Məhkəmə tibbi ekspertizasının ilkin rəyinə görə qətl hadisəsi fevralın 15-dən 16-a keçən gecə baş verib. Qətldən dərhal sonra qatil cəsəddən qurtulmaq qərarına gəlib.

 

Mütəxəssislərin versiyasına görə, qatil kişi cinsinə mənsubdur. Yetirilmiş xəsarətlərə görə qatilin peşəkar qəssab olması da istisna edilmir. Qatil qadının başını bədənindən ayırıb, amma onun üz nahiyyəsinə toxunmayıb. Bu səbəbdən də onun şəxsiyyətini müəyyənləşdirmək şansı var. Amma cəsədin əlləri tapılmayıb. Görünür cani qurbanın barmaq izlərinə görə şəxsiyyətinin müəyyənləşdirilməsinin daha asan olacağını nəzərə alıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam edir.

 

15:26

 

Bakıda doğranmış qadın meyiti tapılıb.

 

APA-nın məlumatına görə, Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

 

Məlumat əsasında hadisə yerinə Bakı şəhər prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları çıxıb. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olması müəyyən edilib. Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarındadır.

 

Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!