Modern.az

Yevda Abramov: “Azərbaycanın “yəhudlər üçün təhlükəli ölkə” olması imicə xələl gətirmir”

Yevda Abramov: “Azərbaycanın “yəhudlər üçün təhlükəli ölkə” olması imicə xələl gətirmir”

Parlament

21 İyul 2011, 14:49

Yəhudi deputat İsrailin bu addımını İranla əlaqələndirir

“İsrailin Azərbyacanı “təhlükəli ölkələr” siyahısna salması ilə bağlı məsələni sensasiyaya çevirmək düzgün deyil”. Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin yəhudi mənşəli üzvü Yevda Abramov rəsmi Təl-Əvivin Bakını “təhlükəli ölkə” siyahısına salmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, bütün bu məsələlər diplomatik proseslə bağlıdır. “Bu məsələni sensasiya  kimi qələmə vermək düzfgün deyil. Bu diplomatiyadır. Ölkələr arasında belə hadisələr olur. Hanısa məsələ ilə bağlı insanlar məlumatlandırılır”-deyə deputat qeyd edib.

Yevda Abramovun sözlərinə görə, Azərbaycanın “təhlükəli ölkələr” siyahısına salınmasını ölkənin imicinə zərbə kimi qiymətləndirməyin tərəfdarı deyil. “Bu məsələ Azərbaycanın imicnə heç bir xələl gətirmir. Nəzərə almaq lazımdır ki, Azərbaycan İsraili sevməyən ölkələrin sərhəddində yerləşir. Ona görə də İsrail öz vətəndaşlarına bununla bağlı mümkün xəbərdarlıq edir”-deyə deputat vurğulayıb.

İsrail Milli Təhlükəsizlik Şurasının tərkibinə daxil olan Terrorla Mübarizə Qərargahı iyulun 19-da yaydığı rəsmi açıqlamada Azərbaycanın yəhudilər üçün “təhlükəli ölkələr” siyahısına salındığını bəyan edib. Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstan da bu sırada yer alıb.

Rəsmi açıqlamada deyilir ki, Aralıq dənizi ölkələri və Asiyanın Cənub-şərq ölkələri artıq İsrail vətəndaşları üçün təhlükəli deyil. “Yalnız Azərbaycan, Türkiyə və Gürcüstan burada istisina təşkil edir. Bu ölkələdə təhlükənin dörd dərəcəsi mövcuddur. İsrail vətəndaşlarına bu ölkələrə getməməyi tövsiyə edirik. Əgər məcburi olaraq səfərə getmisinizsə, o zaman böyük qruplarla toplaşmayın”deyə sənəddə vurğulanır. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu