Modern.az

Elmar Məmmədyarov Münhen Konfransında müzakirələrə qatıldı

Elmar Məmmədyarov Münhen Konfransında müzakirələrə qatıldı

16 Fevral 2018, 16:42

Xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi mövzusunda keçirilmiş dəyirmi masada iştirak edib. 

Dəyirmi masada enerji təhlükəsizliyi sahəsində aktual məsələlər üzrə müzakirələr aparılıb.

XİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Nazir Elmar Məmmədyarov çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan bəhs edərək Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin strateji əhəmiyyətindən söz açıb.

O, TANAP layihəsinin bu il fəaliyyətə başlayacağı, TAP layihəsi üzrə işlərin isə qrafika uyğun olaraq uğurla davam etdiyini qeyd edib. Habelə, nazir E.Məmmədyarov Bakıda 9 fevralda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilmiş IV nazirlər iclası və orada alınmış qərarlar barədə tədbir iştirakçılarına məlumat verib. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür