Modern.az

AXC-nin 100 illiyi ilə bağlı sənədli film çəkiləcək

AXC-nin 100 illiyi ilə bağlı sənədli film çəkiləcək

16 Fevral 2018, 16:53

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş, şərti adı “Son iclas” olan sənədli film çəkiləcək.

 

Modern.az saytı xəbər verir ki, filmin ssenarisi Cümhuriyyət parlamentinin 1920-ci il aprelin 27-də keçirilmiş son iclasının stenoqramı əsasında hazırlanıb.

 

Sənədli film Arzu xanım Əliyevanın baş prodüserliyi ilə çəkiləcək.

 

Bakı Media Mərkəzinin direktoru Orman Əliyev Nəriman Nərimanovun xatirə muzeyinə ünvanladığı məktubda bildirib ki, filmdə həmin dövrün mənzərəsini bərpa etmək üçün münasib məkanlarda, o cümlədən xatirə muzeyində çəkiliş aparmağa ehtiyac duyulur.

 

Mərkəzin əməkdaşları Orxan Hüseynov və Elmar Əzimli muzeyin zallarına baxış keçirərək məsləhətləşmələr aparıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır