Modern.az

Mərkəzi Bank 2011-2014-cü illər üçün 9 strateji hədəf müəyyənləşdirdi

Mərkəzi Bank 2011-2014-cü illər üçün 9 strateji hədəf müəyyənləşdirdi

Təhsil

21 İyul 2011, 15:40


Modern.az
xəbər verir ki, Mərkəzi Bankda 2011-2014-cü illər üçün Strateji Plan təqdim edilib. Mərkəzi Bankdan verilən məlumata görə, sədr Elman Rüstəmovun iştirakı ilə Strateji Planın Mərkəzi Bankın əməkdaşlarına geniş təqdimatı keçirilib.
Təqdimat mərasimində qeyd edilib ki, Mərkəzi Bankın indiyə qədər əldə etdiyi uğurlarda Bankın fəaliyyəti və onun institusional potensialının inkişafında strateji planlaşdırma mühüm rol oynayıb. Bankda müasir idarəetmə sistemi və ənənələri formalaşıb, bütün funksional fəaliyyət istiqamətlərində müvafiq biznes prosesləri, yaradıcı və intellektual iş mühiti yaradılmış, peşəkar bacarıqlara malik kadrlar hazırlanıb.
“Son illər ölkədə yüksək iqtisadi inkişaf dinamikası, maliyyə sisteminin sürətlə böyüməsi, dəyişən və mürəkkəbləşən qlobal iqtisadi mühit Bankın qarşısında yeni çağırışlar formalaşdırır. Məhz bu yeni çağırışların effektiv cavablandırılması üçün Bank bir sıra istiqamətlərdə – makroiqtisadi sabitliyin, bank sistemində maliyyə sabitliyinin qorunması, əsas missiyaya xidmət edən funksiyaların əsaslı müasirləşdirilməsi, institusional idarəetmənin ən müasir praktikaya uyğunlaşdırılması, insan kapitalının inkişafı, iqtisadi inkişafa dəstəyin artırılması istiqamətlərində yeni strateji fəaliyyət prioritetləri müəyyən edib” – deyə Mərkəzi Bankdan bildirilib.
Qeyd edilib ki, Strateji Plan 2011-2014-cü illər üçün Bankın qarşısına doqquz strateji hədəf qoyur və həmin hədəflər Azərbaycan Mərkəzi Bankının ölkədə makro-iqtisadi sabitliyi və davamlı iqtisadi inkişafı dəstəkləyən mühüm dövlət institutuna çevrilməsinə imkan yaradacaq.

Azərbaycan Mərkəzi Bankının 2011-2014-cü illər üçün Strateji Planı ilə Mərkəzi Bankın internet səhfəsindən bu link vasitəsi ilə tanış ola bilərsiniz:  “//cbar.az/pages/about-us/for-translate—/”:

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi