Modern.az

BDU-nun müəlliminə yeni vəzifə verildi

BDU-nun müəlliminə yeni vəzifə verildi

16 Fevral 2018, 17:22

Bakı Dövlət Universitetinin (BDU) Televiziya və radiojurnalistikası kafedrasının dosenti, filologiya elmləri namizədi, BDU-nun sabiq kafedra müdiri Aynur Kərimova yeni vəzifəyə təyin olunub.

 

"Report"un məlumatına görə, A.Kərimova yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyində Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsini icra edir.

 

Xatırladaq ki, A.Kərimova Sumqayıt şəhərində anadan olub. BDU-nun jurnalistika fakültəsində təhsil alıb. 2008-ci ildə "Azərbaycan televiziyasının beynəlxalq əlaqələri: bu günü və perspektivi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?