Modern.az

Qarabağ qaziləri yeni təşkilat yaradıblar

Qarabağ qaziləri yeni təşkilat yaradıblar

21 İyul 2011, 15:48

Qarabağ qaziləri “Vətən Müharibəsi Əlilləri” adlı yeni ictimai birlik yaradıblar.Bu barədə yeni yaranan qurumun sədri Firudin Məmmədov məlumat verib. Onun sözlərinə görə, yeni yaradılan qurumun təsis sənədləri artıq mart ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilib.

F.Məmmədov yeniyaradılan qurumun Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən veteranların, şəhid olmuş şəxslərin ailə üzvlərinin və Qarabağ qazilərinin problemlərinin həlli ilə məşğul olacağını deyib. O, artıq təşkilatın sırasına Qarabağ savaşından keçmiş onlarla insanın qoşulduğunu deyib.F.Məmmədov “Vətən Müharibəsi Əlilləri” birliyi dövlət qurumları, Azərbaycanın maraqlarını müdafiə edən, onu dəstəkləyən bütün təşkilatlarla yaxından əməkdaşlıq edəcəyini deyib:
““Vətən Müharibəsi Əlilləri”ictimai birliyi dövlət qurumları, Azərbaycanın maraqlarını müdafiə edən, onu dəstəkləyən bütün təşkilatlarlayaxından əməkdaşlıq edəcək. Biz Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyirik. Fəaliyyətimizi dövlətimizin apardığı siyasət,  dövlətçiliyimizin qorunub saxlanması,xüsusi ilə də Dağlıq Qarabağ Probleminin həlli istiqamətində ölkə rəhbərliyinin apardığı işlərə uyğun quracağıq. Əlbəttə əsas məqsədimiz torpaqlarımızın müdafiəsi zamanı əlil və şikəst olmuş insanların, şəhid ailələrinin və veteranların hüquqlarının müdafiəsi olacaqdır”.

Xatırladaq ki, F.Məmmədov hazırda fəaliyyət göstərən “Qarabağ qaziləri” İctimai Birliyinin idarə heyətinin də üzvüdür.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu