Modern.az

“Neftin 60-70 dollar olacağı istisna deyil”

“Neftin 60-70 dollar olacağı istisna deyil”

Aktual

16 Fevral 2018, 18:42

Dünya bazarında neftin qiymətinin yaxın perspektivdə 60-70 dollar/barel olacağı istisna deyil. Bunu Rusiyanın baş nazirinin müavini Arkadiy Dvorkoviç deyib. 

"Ekspertlərin proqnozları 40-70 dollar/barel arasında dəyişir. Lakin, Rusiyanın OPEC+ ölkələri ilə koordinasiya edilmiş addımları qiymətlərin 60-70 dollar/bareldə qalacağını ehtimal etməyə əsas verir",- deyə o, qeyd edib. 

Rusiya hökumətinin rəsmisi həmçinin deyib ki, yeni texnologiyalara, xüsusilə də ABŞ-da şist neft hasilatının inkişafına diqqət yetirmək lazımdır: "Hazırkı texnoloji inkişaf mərhələsində bu qiymətlərlə qənaətlənmək olar. Amma, gələcəkdə texnoloji inkişafın neft hasilatının maya dəyərini aşağı salması qiymət diapazonunu azalda bilər".

 

 Virtualaz.org

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir