Modern.az

Məleykə Abbaszadə iddiaçıların azlığından şikayətləndi

Məleykə Abbaszadə iddiaçıların azlığından şikayətləndi

16 Fevral 2018, 20:02

"Sabah dövlət qulluğuna keçiriləcək qəbul imtahanlarında cəmi 1537 nəfər iştirak edəcək". Modern.az  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN Radio"nun "QəbuldASAN" verilişində bildirib.

M.Abbaszadənin sözlərinə görə, dövlət qulluğuna keçiriləcək qəbulda iştirakçıların sayı çox aşağıdır: “Biz xeyli müraciətin olacağını gözləyirdik. Lakin cəmi 1537 müraciət almışıq. Halbuki 2000-dən çox vakansiya elan olunub. Müraciətlərin azlığı bizdə təəccüb doğurur".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi