Modern.az

“Bayıl sürüşmə zonasında sabitlik hökm sürür” – Ekspedisiya rəisi

“Bayıl sürüşmə zonasında sabitlik hökm sürür” – Ekspedisiya rəisi

16 Fevral 2018, 22:38

"Bayıl sürüşmə zonasında hələ ki, sabitlik hökm sürür. Dünən əməkdaşlarımız ərazidə idi. Hələ ki, heç bir dəyişiklik yoxdur. Yağışlar yağıb, torpaq doyduqdan sonra aktivklik baş verə bilər". Modern.az xəbər verir ki, bunu “Sputnik Azərbaycan”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

 

O, bildirib ki, qurumun araşdırmaları artıq Nazirlər Kabinetinə təqdim edilib: "Mütəxəssislərimiz ərazidə 2 ay müddətində araşdırma apardı. Buruq qazma işləri, labarator nəticələrdə dəyişikliklər, hidrogeoloji araşdırmalar aralıq hesabat kimi toplanıb təqdim edildi. Hazırda həmin hesabat mütəxəssislər tərəfindən araşdırılır. Akademiyanın seysmoloji mərkəzi də orada araşdırma apardı. Bütün nəticələr araşdırılacaq, lazımı işlər görüləcək".

 

Xatırladaq ki, sakinlərin həmin ərazilərdən köçürürlməsi yanvarın 24-dən başlayıb. Əvvəlcə sakinlər iki məktəbə yerləşdirilmişdi. Sonra onlara kirayə haqqı verilərək kirayə evlərə köçürülməsi gündəmə gəldi.

 

Bu gün verilən məlumata görə, Səbail Rayon İcra Hakimiyyəti Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailəyə 11 aylıq kirayə haqqı ödəyəcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən İH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov bildirib ki, Bayıl sürüşmə zonasındakı vəziyyətlə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb. Həmin sərəncama əsasən, Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailənin 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Səbail rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb.

 

İ. Kərimov qeyd edib ki, Səbail İH-nə vəsaitin bank vasitəsi ilə həmin ailələrə ödənilməsinin təmin olunması tapşırılıb: "Eyni zamanda, 10 fevral 2018-ci il tarixində həmin ərazidə tam dağılmış 90-cı illərdə tikilmiş 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğinin 10 gün ərzində hesablanıb Nazirlər Kabinetinə təqdim olunması Fövqəladə Hallar Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinə tapşırılıb".

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?