Modern.az

200 sakin aldıqları evə köçə bilmir - Video

200 sakin aldıqları evə köçə bilmir - Video

16 Fevral 2018, 23:43

“200-ə yaxın sakin bir neçə il əvvəl Bakıda tikintisi davam etdirilən binalardan ev alıb. Lakin inşaat işləri 2013-cü ildə dayandırılıb. Buna baxmayaraq sakinlərin pulları da qaytarılmır”. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, 200-ə yaxın sakin "GLOBAL-SF" MMC tərəfindən paytaxtın Yasamal rayonunda inşa edilən və 25 mərtəbə tikilməsi nəzərdə tutulan binalardan ev alıb. Sakinlərin əksəriyyəti pulu tam, bir qismi isə yarısından çoxunu ödəyib.

 

Sakinlərin sözlərinə görə, tikinti işləri 2013-cü ildə dayandırılıb. Buna baxmayaraq sakinlərin pulları da qaytarılmır.

 

Məsələ ilə bağlı şirkətdən bildirildi ki, binada texniki çatışmazlıq olub və bu səbəbdən də Fövqəladə Hallar Nazirliyi tərəfindən inşası yarımçıq saxlanılıb. Artıq problem aradan qaldırılıb və gələn həftədən tikinti işləri davam etdiriləcək.

 

Şirkətin nümayəndəsi bildirdi ki, binaların bu ilin oktyabrında təhvil verilməsi nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı