Modern.az

Azərbaycanda əmək pensiyası alan qadınlar kişilərdən çoxdur

Azərbaycanda əmək pensiyası alan qadınlar kişilərdən çoxdur

25 Noyabr 2009, 12:48

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Modern.az saytına bildiriilib ki,  Azərbaycanda bu ilin 9 ayı ərzində əmək pensiyası alan şəxslərin sayı 23 min 712 nəfər artaraq, 1 milyon 298 min 850 nəfərə çatıb.

Məlumata bildirilir ki,  ümumilikdə ölkə üzrə əmək pensiyaçıları arasında qadınların sayı daha coxdur.  Hazırda əmək pensiyaçılarının 60,5 faizi (785 146 nəfər) qadınlar, 39,5 faizi (513 704) isə kişilərdir. Əmək zədəsi və peşə xəstəliyi ilə əmək pensiyası alan şəxslərin sayı 4 min 560, ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı 138 min 311 nəfərdir.

Məlumatda əmək pensiyasının 3 növü olduğu göstərilir- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?