Modern.az

106 cinayət, 3 ölü, 4 yaralı - Ötən günün hadisələri

106 cinayət, 3 ölü, 4 yaralı - Ötən günün hadisələri

Aktual

17 Fevral 2018, 09:02

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.

DİN-dən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır